Modern.az

ABŞ-da gəmi əleyhinə raket sınağı

ABŞ-da gəmi əleyhinə raket sınağı

Dünya

5 Oktyabr 2019, 00:16

ABŞ Hərbi Dəniz Qüvvələri Quam adasının sahil sularında NSM gəmi əleyhinə raketi uğurla sınaqdan keçirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanmasının bəyanatında bildirilib.

Bəyanatda deyilir: "ABŞ Donanmasının Independence sinifindən olan sahil döyüş gəmisi "Gabrielle Giffords" oktyabrın 1-də "Pacific Griffin" təlimləri zamanı NSM raketin imkanlarını uğurla nümayiş etdirib".

Bildirilir ki, bu, Hind-Sakit okean bölgəsində belə bir raketin ilk buraxılışıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı