Arxiv
8 Oktyabr 2019, 12:25 | PARLAMENT
Hadi Rəcəbli yeni Baş Nazirdən DANIŞDI: “Ölkə başçısının bu qərarı da gözlənilməz oldu”

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov bu gün istefa verib.

Milli Məclisin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirə olunaraq qəbul edilib.


Modern.az
1989-1995-ci illərdə Nazirlər Kabinetində əhəmiyyətli vəzifələrdə təmsil olunan, Milli Məclisin deputatı Hadi Rəcəblidən hadisəyə münasibət öyrənib.

Deputat ölkə başçısının bu qərarının da gözlənilməz, eyni zamanda örnək, uzaqgörən addım olduğunu söyləyib. O həmçinin diqqətə çatdırıb ki, ötən ilin aprel ayında Novruz Məmmədovun baş nazir postuna gətirilməsi də gözlənilməz addım idi:

“Novruz Məmmədov beynəlxalq münasibətlər sahəsində peşəkarlaşmış, səriştəli şəxs idi. O dövlətə, prezidentə sədaqətli insandır. Sabiq baş nazir yenə də müsbət imiclə bu vəzifədən ayrılır”.

Milli Məclisin birinci çağırışında Əli Əsədov ilə birlikdə təmsil olunduğunu xatırladan H.Rəcəbli yeni Baş nazir haqqında fikirlərini də bölüşüb:

“Əli Əsədov Bakı şəhərində orta məktəbi, Moskvada isə Xalq Təssərrüfatı institutunu bitirib. 1980-89-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb. 1989-1995-ci illərdə mənim də çalışdığım o zamankı adı ilə Politologiya insitutu – indiki Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində kafedra müdiri vəzifəsində çalışıb. Əli Əsədov iqtisadi idarəetmənin elmi əsaslarını da mükəmməl bilir.

Qeyd etdiyim kimi, 1995-2000-ci illərdə Milli Məclisin birinci çağırışında Əli Əsədovla birlikdə parlamentdə təmsil olunmuşuq”.


Hadi Rəcəbli söyləyib ki, Əli Əsədov sadə, təkəbbürsüz, təmkinli, insanlarla ünsiyyət qura bilən şəxsdir:

“Yüksək icra intizamına malikdir, və idarəetmədə elmi bilikləri və praktiki təcrübəsi olan insandır. O, 1998-ci ildən Prezident  Adminstrasiyasında çalışır, idarəetmənin bütün qollarına bələddir. Əli Əsədov deputat olarkən də öz təmkini, səriştəsi ilə seçilib. Yeni Baş nazir Azərbaycan dövlətçiliyinə hələ ulu öndər Heydər Əliyevin dövründən sədaqətlə xidmət edir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. Ona görə, səriştəli siyasi xadim kimi məhz baş nazirlik postuna gətirilib.

Bir daha vurğulayım ki, ölkə başçısının bu qərarı da gözlənilməz olsa da, düşünülmüş, uzaqgörən addımdır. Onu təbrik edirik, uğurlar diləyirik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15