Arxiv
8 Oktyabr 2019, 12:55 | HADİSƏ
Baş Nazir postuna gələn Əli Əsədov: “Bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm” - ÇIXIŞ

“Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək, Baş Nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyi əldə edərək inkişaf etdirib”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Ə.Əsədov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkə sürətli inkişaf yolunu keçməkdədir:

“Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümümdaxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4.9 faizə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Prezdentin rəhbərliyi ilə “Azəri-Çıraqlı-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, “Bakı-Tbilisi-Qars” kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft sektorunun ÜDM-i 2.8 dəfə, qeyri-neft sənayesi isə 2.4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub. Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğaldan azad edilməsidir. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi”.

Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindədir. Son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət siyasət nəticəsində əmək haqqı 2.4 dəfə, pensiya isə 3 dəfə yüksəklib. Ölkə rəhbərliyi vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharubə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən məcburi köçkünlər, ahıllar, uşaqlar daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmət ilə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs SAXLANILDI 20 Yanvar 2020, 13:38 "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" 20 Yanvar 2020, 13:22 İsmayıllıda ağır qəza - 1 ölü, 7 yaralı 20 Yanvar 2020, 13:14 İran Davos İqtisadi Forumunda iştirakdan imtina etdi 20 Yanvar 2020, 13:05 Prezidentin köməkçisindən Qorbaçovla bağlı ÇAĞIRIŞ 20 Yanvar 2020, 12:57 Sabah hava necə olacaq? 20 Yanvar 2020, 12:48 20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı… 20 Yanvar 2020, 12:39 “Bu faciənin qılıncı özümüzünkilər tərəfindən hazırlanmışdı” - Cavanşir Paşazadə 20 Yanvar 2020, 12:17 Tanınmış jurnalist vəfat edib 20 Yanvar 2020, 12:09 Azərbaycanda 1 dəqiqəlik sükut 20 Yanvar 2020, 12:01 Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib-FOTO 20 Yanvar 2020, 11:53 Fəzail Ağamalı şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTO 20 Yanvar 2020, 11:45 Jalə Əliyeva seçicilərlə görüşüb - FOTO 20 Yanvar 2020, 11:36 “Ağla, qərənfil, ağla” – şerin müəllifi, mərhum Məmməd Aslanın qızı danışdı 20 Yanvar 2020, 11:27 Şəhidlər xiyabanı  BU GÜN 20 Yanvar 2020, 11:18 Azərbaycanın əsas xarici ticarət tərəfdaşları 20 Yanvar 2020, 11:09 Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı... 20 Yanvar 2020, 11:00 Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib - FOTO 20 Yanvar 2020, 10:55 Əhəd Abıyev 20 Yanvar faciəsi ilə bağlı görüb bildiklərini danışdı - VİDEO 20 Yanvar 2020, 10:50 “İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov 20 Yanvar 2020, 10:43 Siyavuş Novruzov: “Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk” 20 Yanvar 2020, 10:35 Bərdə seçiciləri Zahid Orucu belə qucaqladılar - FOTOLAR   20 Yanvar 2020, 10:30 Məcburi köçkünlərin yaşadığı binada YANĞIN 20 Yanvar 2020, 10:23 Bakı metrosunda 1 dəqiqəlik sükut olacaq 20 Yanvar 2020, 10:16 Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:08 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - VİDEO 20 Yanvar 2020, 10:00 Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirib - FOTO 20 Yanvar 2020, 09:54 Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”   20 Yanvar 2020, 09:47 Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO 20 Yanvar 2020, 09:38 20 Yanvardan sonra qaboy yas müsiqi alətinə çevrildi – Kamil Cəlilov: “Şəhidlərin ah-naləsinə qaboyum ağlayırdı” 20 Yanvar 2020, 09:29 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 20 Yanvar 2020, 09:20 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 08:53 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40
SORĞU Yeni parlamentdə kimlər olsun?