Modern.az

Müsavat başqanlığına namizədlər DEBATA çıxdılar - parlament seçkilərindən danışdılar

Müsavat başqanlığına namizədlər DEBATA çıxdılar - parlament seçkilərindən danışdılar

9 Oktyabr 2019, 15:54

Müsavat Partiyasının başqanlığa namizdələri – Yadigar Sadıqlı, Tofiq Yaqublu və hazırkı başqan Arif Hacılı arasında debat aparılır.

Modern.az xəbər verir ki, namizədlər debatın moderatoru, müstəqil jurnalist İzolda Ağayevanın suallarını cavablandırıblar.

Aparıcının “Başqan seçilsəniz, parlament seçkilərində iştirak edəcəksinizmi” sualına namizədlər fərqli cavablar səsləndiriblər.

Yadigar Sadıqlı seçkilərdə iştirk etməyin tərəfdarı olduğunu vurğulayıb: “Düşünürəm ki, müxalifət seçkilərdə maksimum dərəcədə fəal iştirak etməlidir. Bunun xeyri ziyanından çoxdur”.

Digər namizəd Tofiq Yaqublu isə hər hansı seçkiilərdə iştirakla bağlı əvvəlcədən mövqe bildirmək istəmədiyini diqqətə çatdırıb:

“Mən demokratik seçkii mühitinin yaradılmasının, rəqabətliliyin formalaşdırılmasının tərəfdarıyam. Bugünkü şəraitdə seçki elan olunsa, seçkiyə getmək lazım deyil. Baxın, hətta “istənilən şəraitdə seçkilərə qatılaram” deyən ReAl Partiyası da bələdiyyə seçkilərinə qatılmır, parlament seçkilərinə isə müəyyən şərtlərlə qatıla biləcəyini açıqlayıb”.

Partiyanın hazırkı başqanı Arif Hacılı seçkiləri çox xoşladığını vurğulayıb: “Hələ gənc yaşlarımdan bu və ya digər seçkiilərdə iştirak etmişəm, uğur qazanmışam. Siyasətçinin və partiyaların vəzifəsi seçkilərdə iştirak etməkdir. Demokratik seçkilər olarsa, Müsavatın parlamentdə təmsil olunmasına çalışacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır