Modern.az

Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinə görə peşman olub

Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinə görə peşman olub

9 Oktyabr 2019, 16:13

Ermənistanın baş naziri Nikol Paşinyanın komandasında sakitilk yenə pozulub.

Modern.az Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, bu dəfə Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovun onun səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini kəskin tənqid etməsinə görə qəzəblənib.

 

O, rusiyalı nazirin sərt çıxışına görə baş diplomat Zoqrab Mnatsakanyanı ittiham edib.

“Baş nazir Lavrovun gözlənilməz və sərt çıxışından narazıdır. Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinə reaksiya verən rusiyalı nazir bu açıqlamanı pisləmiş və Ermənistan tərəfini ittiham etmişdi. Paşinyan məsələ ilə bağlı xarici işlər naziri Mnatsakanyanı günahkar bilir. Onun fikrincə, diplomatlar Rusiya ilə sıx işləməyib və ölkəsinin mövqeyini dolğun çatdıra bilməyiblər”.

 

Paşinyanın kuluarda bir neçə dəfə Zoqrab Mnatsakanyanı istefaya göndərəcəyini dilinə gətirdiyi vurğulanır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI