Arxiv
10 Oktyabr 2019, 13:44 | AKTUAL
Azərbaycanlı gənc Vyana Konservatoriyasına  qəbul olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriyanın F.Şubert adına Vyana Konservatoriyasına daxil olaraq böyük uğura imza atıb.

 

Modern.az xəbər verir ki, dünyanın muxtəlif ölkələrindən onlarla abuturiyentin iştirak etdiyi qəbul imtahanlarında o, öz ifası ilə imtahan komissiyası üzvlərini valeh edib, onlar tərəfindən yüksək təhsil bazasına və istedada malik olduğu vurğulanıb. F.Şubert adına Vyana Konservatoriyasında 2019-cu il üçün fortepiano ixtisası üzrə ayrılan 5 yerdən 4-nə kitay, 1-nə azərbaycanlı tələbə qəbul olunub. A.Məmmədli bu təhsil ocağına MDB məkanı və Qafqaz regionundan qəbul olan yeganə tələbədir.

 

Bu münasibətlə Baş İdarənin rəisi Cəlil Məlikov Ayan Məmmədli ilə görüş keçirib. Onu əldə etdiyi uğura görə təbrik edib və bu konservatoriyada təhsil alacaq ilk azərbaycanlı tələbə olduğunu nəzərə alaraq dövlət tərəfindən təhsilinə dəstək veriləcəyini bildirib.

Uzun illər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində, respublikanın Əməkdar müəllimi Nazilə Yaqubovanın sinifində təhsil alan Ayan Məmmədlinin dəfələrlə respublikamızda və Estoniya, İtaliya, Malta, Rusiya, İngiltərə, Yaponiya, Niderland, Danimarka kimi ölkələrdə beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olması, hətta 2015-ci ildə Avstriyanın Zaltsburq şəhərində V.A.Motsart adına Beynəlxalq Pianoçular Müsabiqəsində “Qran Pri” mükafatına layiq görülməsi və digər nailiyyətlərinin bu uğurunda böyük rolu olub.

 

Ayan Məmmədli orta məktəbdə təhsil aldığı zaman öz çalışqanlığı ilə hərzaman seçilib. O, Bakı Atatürk Liseyini qırmızı diplomla bitirib, T.Quliyev adına onbirillik musiqi məktəbində isə fortepiano ixtisası üzrə ilk beynəlxalq müsabiqələr laureatıdır. Məktəbin çoxsaylı tədbirləri ilə yanaşı o, dünya ölkələri ombudsmanlarının Bakı görüşünə həsr olunmuş konsert, VII Qlobal Forum və.s kimi dövlət tədbirlərində iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00 Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir 26 May 2020, 18:44 “Azərişıq”ın 3 əməkdaşı güllələndi 26 May 2020, 18:38 Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü 26 May 2020, 18:20 Ülvi Quliyevdən maraqlı paylaşım - VİDEO 26 May 2020, 18:18 Ramil Səfərov təcavüz siyasətinin qurbanıdır - Xarici İşlər Nazirliyi 26 May 2020, 18:05 Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı 26 May 2020, 17:57 Türkiyədə komendant saatı başa çatır 26 May 2020, 17:46 İŞİD-in İraqdakı lideri öldürüldü 26 May 2020, 17:38 Abşeronda maşın qaçıran şəxs saxlanıldı 26 May 2020, 17:27 Milli Məclisin qarşısında aksiya - Polisdən AÇIQLAMA 26 May 2020, 17:10 Moskvada Qələbə paradı iyunun 24-də keçiriləcək 26 May 2020, 17:01 Azərbaycanda deputat köməkçiləri icra başçılarından çox maaş alır 26 May 2020, 16:50 Deputat Heydər Əliyev Fonduna təşəkkür etdi 26 May 2020, 16:39 Ruhanidən İlham Əliyevə Respublika Günü TƏBRİKİ 26 May 2020, 16:21 İsmayıl Hakkı Karadayı vəfat etdi 26 May 2020, 16:14 Tələbələrimiz beynəlxalq müsabiqənin qalibi olub - FOTO 26 May 2020, 16:10 Pandemiya Almaniya iqtisadiyyatına ağır zərbə vurub 26 May 2020, 16:04 ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir 26 May 2020, 15:55 “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb 26 May 2020, 15:49 Deputatların maaşı artırıldı? - Milli Məclisdən AÇIQLAMA 26 May 2020, 15:38 Qarabağdakı saxta “seçkilər”lə bağlı BTM Baş katibinə MƏKTUB 26 May 2020, 15:32 Umayra Tağıyeva hava dəyişkənliyinin səbəbini açıqladı 26 May 2020, 15:19 Rusiyada eks-nazir koronavirusdan öldü 26 May 2020, 15:09