Arxiv
10 Oktyabr 2019, 17:10 | AKTUAL
Qobustanın kəndlərinə içməli su verildi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su çatışmazlığının  müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyət tərəfindən icra olunan növbəti layihə çərçivəsində Qobustan rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə  mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun  verilməsinə başlanılıb.

 

 

Modern.az xəbər verir ki, Şirvan bölgəsində yerləşən Qobustan rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Xüsusilə rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin sakinəri uzun illər su çatışmazlığından əziyyət çəkib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi  regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində yaradılmış infrastruktur bəzi kəndlərin içməli probleminin həllinə imkan verib.

 

Ötən müddətdə bu infrastrukturlar hesabına Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərini içməli su ilə təmin etmək üçün magistral xətlər çəkilərək əhalinin ümumi istifadəsi üçün su dayağı və bulaqlar quraşdırılıb. Lakin suyun daşınmasında yaranan çətinliklər layihənin genişləndirilməsinə zərurət yaradıb. Bu baxımdan növbəti mərhələdə bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına qərar verilib. Bu məqsədlə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkəsi inşa edilib. Yeni yaradılan şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Kəndlərdə su təchizatının dayanıqlığını təmin etmək məqsədilə hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarının inşası başa çatdırılıb. Bununla da Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini dayanlıqlı  içməli su ilə təmin olunub.

Hazırda rayonun Sündü kəndində içməli su layihəsi icra olunur. Bu layihə çərçivəsində kənddə mərkəzləşdirilmiş içməli su təchizatı şəbəkəsi yaradılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi 19 Oktyabr 2019, 00:49 Roza Zərgərlinin qazandığı avtomobil qazilərə verildi 19 Oktyabr 2019, 00:32 “Maşın”ın qalibi Suna Kasımoğlu oldu 19 Oktyabr 2019, 00:14 Türkiyə və İran Suriya problemini müzakirə etdi 18 Oktyabr 2019, 23:45 Azərbaycan nefti ucuzlaşdı 18 Oktyabr 2019, 23:32 Şəmkirdə 2 uşaq anası itkin düşüb - FOTO 18 Oktyabr 2019, 23:16 Daha bir ərəb ölkəsi çalxalanır 18 Oktyabr 2019, 22:58 Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini oldu - FOTO 18 Oktyabr 2019, 22:42 UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq 18 Oktyabr 2019, 22:17 Ərdoğan Trampı buna da məcbur etdi 18 Oktyabr 2019, 21:44 Şahin Mustafayev Çinə bu məqsədlə gedir 18 Oktyabr 2019, 21:27 “Ermənistan qeyri-konstruktiv mövqeyinə görə düşdüyü dalandan çıxması üçün addım atmalıdır” - XİN 18 Oktyabr 2019, 21:15 “YPG 750 İŞİD-çini həbsdən azad edib” - Ərdoğan 18 Oktyabr 2019, 20:59 Məşhur idmançı Azərbaycanı belə təbrik etdi - FOTO 18 Oktyabr 2019, 20:58 Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub 18 Oktyabr 2019, 20:45 Azərbaycan Ordusunda “NATO günləri” başa çatdı 18 Oktyabr 2019, 20:05 Nazir onlara mükafatlar təqdim etdi - FOTOLAR   18 Oktyabr 2019, 19:57 XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq   18 Oktyabr 2019, 19:47 Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandı - FOTO 18 Oktyabr 2019, 19:38 "Azərsu" sədri Lənkəranda sakinləri qəbul edib - FOTO 18 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib 18 Oktyabr 2019, 19:18 Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir - FOTO 18 Oktyabr 2019, 19:10 Əcnəbi mütəxəssislər Gömrük Akademiyasında olublar - FOTO 18 Oktyabr 2019, 19:01 Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ - VİDEO 18 Oktyabr 2019, 18:55 Əbülfəs Qarayav vətəndaşları qəbul edəcək 18 Oktyabr 2019, 18:46 "Azercell" yeni "iPhone" alanlara limitsiz internet hədiyyə edəcək   18 Oktyabr 2019, 18:37 “Prezidentin Rövşən Rzayevi qəbul etməsi köçkünlərə qayğının daha bir nümunəsidir” - DEPUTATLAR 18 Oktyabr 2019, 18:28 Mənzillərin tikintisi və ipoteka layihələri üçün 142 milyon manat AYRILACAQ 18 Oktyabr 2019, 18:19 ARDNF Milandakı ofis binasını satdı 18 Oktyabr 2019, 18:10 Dövlət büdcəsindən 40 şəhər və rayona dotasiya ayrılmayacaq - SİYAHI 18 Oktyabr 2019, 18:01 Proqnoza baxmadan istirahətə getməyin - İstirahət günlərinin HAVASI 18 Oktyabr 2019, 17:56 Avropa Birliyinin  rəhbəri ağladı 18 Oktyabr 2019, 17:53 Azərbaycanın xarici dövlət borcu - 8,9 milyard ABŞ dolları 18 Oktyabr 2019, 17:42 Ərdoğan Putinlə görüşünün məqsədini izah elədi 18 Oktyabr 2019, 17:39 Büdcədə sosial müdafiə və sosial təminat xərcləri üçün vəsait artırılır 18 Oktyabr 2019, 17:37