Modern.az

Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu

Dünya

12 Oktyabr 2019, 21:08

Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda 5,2 bal gücündə zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar rayonun Beyliu yaşayış məntəqəsi ərazisində yerli vaxtla 22:55-də (Bakı vaxtı ilə 18:55) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi