Arxiv
15 Oktyabr 2019, 10:40 | AKTUAL
Bitkilər necə mühafizə olunmalıdı? - AQTA MAARİFLƏNDİRİR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

 

Modern.az xəbər verir ki, Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Bitki mühafizə vasitələri” mövzusunda olacaq.

 

Bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması məqsədilə istifadə olunan pestisidlər, bitkilərin boy artımı stimulyatorları, canlı faydalı orqanizmlər və texniki vasitələr bitki mühafizə vasitələri hesab olunur. Bitki mühafizə vasitələri əsasən bitki mühafizəsi, baytarlıq və səhiyyə sahəsində istifadə edilən bütün növ pestisidlər, bitki boy artımı tənzimləyiciləri, attraktantlar, repellentlər, fermentlərin aktivliyini və ya canlı orqanizmlərin mübadilə proseslərini ləngidən hüceyrə metobolizminin məhsulları, antifidantlar, bioloji preparatlar, bitki stimulyatorları, immunizatorlar, bioloji mübarizə agentləri, tutucular və feromonlar, texniki vasitələrdən ibarətdir. Bitki mühafizə vasitələrinin əsas qruplarından biri də pestisidlərdir. Zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən kimyəvi və bioloji maddələr, həmçinin yığımdan öncə yarpaqların qurudulması və tökülməsi üçün istifadə edilən vasitələr pestisidlər qrupuna daxildir. Bu maddələr kimyəvi tərkibinə, tətbiq obyektlərinə, habelə orqanizmə daxilolma və təsiretmə xarakterinə görə təsnifata bölünürlər. Kimyəvi tərkibinə görə isə pestisidləri 3 əsas qrupa bölürlər.

 

Qeyri-üzvi birləşməli preparatlar, bitki, bakteriya və göbələk mənşəli preparatlar və üzvi-birləşməli preparatlar. Tətbiq obyektlərinə görə pestisidlər insektisidlərə, akarasidlərə, insektoakarasidlərə, fungisidlərə, bakterisidlərə, ovisidlərə, larvisidlərə, nematosidlərə, mollyuskisidlərə, herbisidlərə, arborisidlərə, alhisidlərə,  rodentisidlərə, afisidlərə, vermisidlərə və virusoidlərə bölünür. Burada təsnifat müəyyən dərəcədə şərtidir. Belə ki, bir çox pestisidlər universal təsirə malikdirlər həşəratları, habelə sürfə və gənələri məhv edirlər. Məsələn, metation və karbofos həm insektisid, həm də akarasid təsirlidir. Onlara insektoakarasidlər deyilir. Bəzi pestisidlər bir çox göbələk xəstəliklərini, habelə həşəratları və gənələri məhv edirlər. Bu tip pestisidlərə akarofungisidlər deyilir.

 

Bir çox herbisidlərin dozalarını yüksəltdikdə ağac-kol bitkilərini də məhv edə bilir, bu zaman özünü arborosid kimi aparırlar. Orqanizmə daxilolma qaydası və təsir xarakterinə görə insektisidlər bağırsaq, kontakt və fumiqant təsirli kimi təsnifata bölünür. Bu təsnifat zəhərin orqanizmə daxil olması haqqında mühakimə yürütmək üçün faydalıdır.  Bağırsaq təsirli insektisidlər zərərli həşəratların orqanizminə qida ilə birlikdə düşdükdə zəhərlənmə əmələ gətirir. Kontakt insektisidlər dəri örtüyü ilə biləvasitə əlaqədə olduqda həşəratların məhvinə səbəb olur. Fumiqantlar isə həşərat və heyvanların orqanizminə qaz və ya buxar şəklində tənəffüs orqanlarından daxil olurlar. Onlara həm də fumiqant təsirli insektoakarasidlər daxildir. Hansı ki, onlar tənəffüs orqanları ilə zərərli həşərat və gənələrin orqanizmlərinə düşərək zəhərlənmə əmələ gətirir.  Bu təsnifat da müəyyən dərəcədə şərtidir. Belə ki, bir çox pestisidlər bağırsaq, kontakt və fumiqant təsirə malikdir.  Bütün pestisidlər 2 böyük qrupa bölünür-kontakt və sistem təsirə malik olanlar. Kontakt kimyəvi maddələr zərərli orqanizmlərlə təmas etdikdə onun ölümünə və ya sayının azalmasına səbəb olan pestisidlərdir. Sistem pestisidlər bitkiyə daxil olmaq qabiliyyətinə malikdir və onlar toxumalarda hərəkət etməklə zərərli orqanizmlərin məhvinə səbəb olur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid övladının ad gününə gözlənilməz hədiyyə - VİDEO 12 Noyabr 2019, 00:46 Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü 12 Noyabr 2019, 00:30 Rusiyanın Patriarxı Bakıya gəlir 12 Noyabr 2019, 00:16 Müstəqil Azərbaycanın 24 yaşlı Konstitusiyası 12 Noyabr 2019, 00:01 SOCAR yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı 11 Noyabr 2019, 23:47 FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO 11 Noyabr 2019, 23:26 Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11 Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA 11 Noyabr 2019, 15:03 Ordumuz yeni növ silahlarla təlimə başlayır 11 Noyabr 2019, 14:47 Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı 11 Noyabr 2019, 14:37