Arxiv
15 Oktyabr 2019, 11:34 | PARLAMENT
Vəsiqəsini girov qoyan eks-deputatın SENSASİON SƏS YAZISI: “Rafael işdən çıxıb, indi türməyə gedir”

Borc qalmaqalına görə deputat mandatından məhrum edilən sabiq deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən biri ilə telefon danışığının səsyazısı yayılıb.

 

Modern.az xəbər verir ki, “AzPolitika.info”ya daxil olan səsyazısında Rafael Cəbrayılov 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə danışır.

 

Sabiq deputatın ixtisasca həkim olan Təranə Fətiyeva ilə söhbətindən belə məlum olur ki, Rafael Cəbrayılov başına gələnlərin əsas günahkarı kimi qardaşı Elşən Cəbrayılovu görür.

 

Deputat T.Fətiyeva isə telefon danışığında qardaşına “krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.

 

Qeyd edək ki, bununla bağlı məlumatlar Rafael Cəbrayılov deputat mandatını itirən ərəfədə də yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi “Dərhal” MMC-nin külli miqdarda borcu üzə çıxıb. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

 

“Deputatın, qardaşının adına olan şirkəti 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin verginin ödənilməsinin ləngidilməsinə nail olub. Amma bir də onda ayılıb ki, 1,6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları götürərək ölkədən gedib”, - deyə məlumatda iddia olunurdu.

 

O da bildirilirdi ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib:

 

“O da mənzilləri dostlarının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.

 

Rafael Cəbrayılovun Təranə Fətiyeva ilə telefon danışığında bu məlumatlar bir növ təsdiqlənir.

 

Sabiq deputat açıq şəkildə qardaşının onun düşməni olduğunu bildirir. Hətta söhbətdən belə anlaşılır ki, qardaşlar arasında birbaşa ünsiyyət olmadığından, onlar bir-birinə fikirlərini Elşən Cəbrayılovun dostu Nurəddinin vasitəsilə çatdırırlar.

 

Borc problemi həll olunmazsa, həbs oluna biləcəyini istisna etməyən Rafael Cəbrayılov nə isə geri almaq üçün (yəqin ki, girov qoyduğu deputat vəsiqəsini geri almaq üçün - red.) qardaşının həmin borcluya mənzil müqaviləsi yazmasını istəyir. Bunun üçün Təranə Fətiyevadan xahiş edir ki, Nurəddinin vasitəsilə qardaşına məsələnin həlli üçün müəyyən addımlar atmağıın lazım olduğunu çatdırsın:

 

“Nurəddinə de ki, mən bunu eləmişəm, Rafael işdən çıxıb. İndi türməyə gedir. İndi gəlin bunu düzəldək. Düzəltmək üçün də bir yolunu fikirləşin. Görürsünüz ki, bu qadın (borc alınan qadın nəzərdə tutulur - red.) deyir ki, mənim adıma bir şey yazın. Başqasının adına olan bir şeyi yaz da. Onsuz da biz bunun pulunu verəcəyik. Bu pulun 42 min dolları elə Elşənin özündədir. Özü verər. Yerdə qalan 150 mindir, nəsə yazın, bunu Rafael yavaş-yavaş verər…”

 

Bu zaman Təranə Fətiyeva qarşı tərəfin bunu qəbul etməyəcəyini bildirdikdə isə Rafael Cəbrayılov şok faktlar açıqlayır. Sabiq deputat Təranə Fətiyevaya təklif edir ki, qardaşını onun söylədiyi faktları mətbuata çıxarmaqla hədələsin:

 

“De, Elşən, bu olmursa, Rafael haqda yazan adamımız bunları yazıb, hazırlayıb… Onu yazıb ki, sən 23 buna tikmisən, vergi verməmisən. Buna da “krışalığı” Rafael edib. Rafaeli aldatmısan, bütün binaların gəlirini götürüb İstanbulda özünə biznes qurmusan. Həmçinin, digər ölkələrdə… Bunu yazıb hazılayıb, sənə bir saat vaxt verirəm.

 

Bir saatdan sonra saytlara buraxacam… Bunu qoyandan sonra nə olacaq, daha mən bilmirəm. Amma bunu 100-ə qədər sayt hər gün qoyacaq… Mən istəyirdim səni də, sənin qardaşını da qurtarım. Bundan sonra heç olmasa tutulmaq söhbəti olmasın. Sən də bunu eləmədin, buyur…”

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Məmmədov daha iki kənddə seçicilərlə görüşdü - FOTOLAR 29 Yanvar 2020, 00:51 Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO 29 Yanvar 2020, 00:18 Yamayka sahillərində 7,3 bal gücündə zəlzələ oldu 29 Yanvar 2020, 00:01 Qarabağ kanalında batan var - YENİLƏNİB 28 Yanvar 2020, 23:53  “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır” - Vüqar Bayramov 28 Yanvar 2020, 23:45 Koronavirusun yaranma səbəbi: 3 ehtimal 28 Yanvar 2020, 23:27 Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR 28 Yanvar 2020, 23:11 Elmar Məmmədyarov həmsədrlərlə Qarabağ  problemini müzakirə etdi 28 Yanvar 2020, 22:47 İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR 28 Yanvar 2020, 22:32 ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərir 28 Yanvar 2020, 22:12 Jalə Əliyeva seçicilərlə görüşdü – FOTOLAR 28 Yanvar 2020, 21:53 Zəlzələ Yunanıstanı da silkələdi 28 Yanvar 2020, 21:34 Bu dəfə yanğınsöndürənlər ayağa qalxdı 28 Yanvar 2020, 21:17 DYP Bakıda dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO 28 Yanvar 2020, 20:59 Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR 28 Yanvar 2020, 20:41 Türkiyədə yenidən zəlzələ oldu: əhali küçələrdə 28 Yanvar 2020, 20:26 Pakistanda güclü partlayış - VİDEO 28 Yanvar 2020, 20:07 Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB? 28 Yanvar 2020, 20:00 Ukraynadan Çinə uçuşlar dayandırılır 28 Yanvar 2020, 19:56 Saxta qulaqcıqların təhlükəsi məlum oldu 28 Yanvar 2020, 19:50 Azərbaycanda tələbələr nə qədər təqaüd alır? 28 Yanvar 2020, 19:42 Fərhad Abdullayev Konstitusiya Məhkəməsinə edilən şikayətlərdən danışdı 28 Yanvar 2020, 19:33 Deputat və həyat yoldaşı öldürüldü 28 Yanvar 2020, 19:26 Seçicilər Əhliman Əmiraslanovu alqışlarla qarşıladı - FOTO 28 Yanvar 2020, 19:19 Masallıda yeni çay plantasiyaları salınıb 28 Yanvar 2020, 19:11 Deputatlığa namizəd Ceyhun Məmmədov seçicilərlə görüşüb - FOTO 28 Yanvar 2020, 19:03 Mərkəzi xəstəxanalarda növbəni tənzimləyən terminallar quraşdırıldı 28 Yanvar 2020, 19:00 Könül Nurullayeva seçki kampaniyasını aktiv şəkildə davam etdirir - FOTO-VİDEO 28 Yanvar 2020, 18:58 Polis zabitindən nümunəvi ADDIM 28 Yanvar 2020, 18:53 Aslan Aslanov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 28 Yanvar 2020, 18:39 İDEA daha bir həyəti abadlaşdırdı - VİDEO 28 Yanvar 2020, 18:30 Cavanşir Paşazadə 6 kəndin sakinləri ilə görüşdü - FOTO 28 Yanvar 2020, 18:25 Allahşükür Paşazadəyə yubiley medalı təqdim olundu 28 Yanvar 2020, 18:17 Dünya çempionları Ülvi Quliyevi dəstəkləyir - VİDEO 28 Yanvar 2020, 18:09 Musa Quliyevin Gəncədə izdihamlı görüşü - FOTO 28 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?