Arxiv
15 Oktyabr 2019, 14:34 | PARLAMENT
Azərbaycanlı deputatlar NATO PA-nın sessiyasında ETİRAZ ETDİLƏR

NATO PA-nın növbəti 65-ci payız sessiyası Birləşmiş Kralığın paytaxtı Londonda keçirilib.

NATO PA-da  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Milli Məclis Aparatının Beynəlxalq şöbəsinin əməkdaşı iştirak edib.

Modern.az-ın məlumatına görə, Azərbaycan  nümayəndə heyətinin üzvü  Məlahət İbrahimqızı deyib ki, NATO PA-nın ümumi qaydalarına görə sessiyanın gündəliyində olan mövzular öncədən təsdiq olunduqdan sonra paylanır:


“Sözsüz ki, hər zaman olduğu kimi ermənipərəst qüvvələr tərəfindən bu sessiyada da Azərbaycan üçün gözlənilməz sürprizlərin ola biləcəyinə hazır idik. Eyni zamanda bu gün dünya mətbuatının gündəmində olan qardaş Türkiyənin terrora qarşı başladığı  “Barış pınarı” hərəkatına qarşı qərəzli mövqelərin,anti-türk əhvalının ola biləcəyini düşünürdük. Gözlədiyimiz kimi də oldu... Belə ki, elə iclasın başlamasını bildirən kimi Türkiyənin Suriya ərazisində həyata keçirməyə başladığı hərbi əməliyyatın da müzakirə olunacağı elan edildi. Ümumiyyətlə, prosedura  görə, öncə gündəlikdə olan məsələlər  müzakirə olunmalı idi, Sessiyada qəbul olunacaq Qətnamə layihəsi üçün öncə hesabat müzakirə edildi. Bu sessiyada komitə iclasında müzakirəyə təqdim edilən elə ilk hesabatda ölkəmizlə bağlı bəzi qərəzli yanaşmalar var idi”.


Məlahət İbrahimqızı bildirib ki,  bir neçə dəfə söz alaraq çıxış edib:


“Bu cür qərəzli yanaşmaların və əsası olmayan “faktların” Qətnamə layihəsinə salınmasının yolverilməz olduğunu bildirdim. Prosedura görə,  NATO PA-nın qəbul etdiyi sənədlər, eləcə də Qətnamələr öncə müvafiq komitələrdə, sonra isə ümumi plenar iclasda müzakirə olunaraq qəbul edilir. Yəni komitələrdə qəbul edildikdən sonra plenar iclasda qəbul edilir. Mənim çıxışım və təkliflərim komitənin iclasında iştirak edənlər  və məruzəçi tərəfindən nəzərə alındı. Qeyd etdiyim kimi, hesabatdakı əsassız “faktlar” Qətnamə layihəsinə salınmadan komitə iclasında səsvermə yolu ilə qəbul olundu və təsdiq üçün plenar iclasa tövsiyə edildi. Komitə iclasında bu layihə çox ətraflı müzakirə olunduğu üçün plenar iclasda müzakirə çox uzun çəkmədi və qəbul edildi. Beləliklə Azərbaycana qarşı növbəti ədalətsiz və ikili standartın qarşısı alındı”.


Xanım parlamentarinin sözlərinə görə, NATO PA-nıin builki payız sessiyasının iclasında gözlənilmədən Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın müzakirə olunacağı elan edilmişdi:


“Yəni artıq neçə illərdir ki, NATO üzvü olan Türkiyə qlobal terrora qarşı təkbaşına mücadilə edir. Türkiyə Yaxın Şərqdən gələn 5 milyona yaxın qaçqına qucaq açıb. Avropanın yükünü azaldıb.  Əslində NATO-nun nizamnaməsində  qeyd edilir ki, üzv ölkənin biri təhlükə ilə üzləşirsə, digər üzv ölkələr də ona dəstək verməlidir. Amma çox təəssüf ki, tam əksi olan  bir mənzərənin şahidi oluruq. Əlbəttə, belə müzakirələrdə hər zaman Türkiyənin yanındayıq. Təsəvvür edin ki, müzakirələrdə bəzi çıxış edənlər Türkiyə tərəfindən həyata keçirilən antiterror əməliyyatına hətta “işğal əməliyyatı” adı verməyə çalışırdı. Yəni bu qədər ədalətsizlik... NATO-nun qurucu dövlətlərindən  olan qardaş Türkiyə indi öz ölkəsini, ərazi bütövlüyünü, əhalisini dövlətini müdafiə edir, üzvü olduğu təşkilat isə ikili standartlarla münasibət bildirir”.


Azərbaycan nümayəndə heyətinin üzvü qeyd edib ki,  bu müzakirələrdə həm Qüdrət Həsənquliyev, həm də o çıxış edərək, qardaş Türkiyənin haqlı olduğunu bildirib, onun haqq işini müdafiə ediblər:


“Bilirsiz,  son illər beynəlxalq təşkilatlar açıq-aşkar riyakarlıq edirlər. Bu müzakirədə də bəzilərinin antiTürkiyə, qara propaqanda motivli çıxışlarına qarşı biz də etiraz etdik. Türkiyənin həm öz milli qanunvericilikləri və həm də beynəlxaq qanunvericilik çərçivəsində, xüsusilə də  BMT və Avropa strukturlarının qəbul etdikləri rəsmi hüquqi sənədlərə görə tam haqlı olduğunu xatırlatdıq. Mən çıxışımda qeyd etdim ki, Azərbaycan da uzun illərdir ki, işğaldan və erməni terrorundan əziyyət çəkir, 30 ilə yaxındır ki, torpaqlarımızın 20%-i işğal olunub, 1 milyondan çox vətəndaşımız qaçqındır. Bütün beyməlxalq təşkilatlar susqunluq nümayiş etdirir. BMT və Avropa strukturları Ermənistanı işğalçı tanıyan sənədlər qəbul etsə də ölkəmizə olan ikili standartlara görə işğal hələ də davam edir. Çıxışımın sonunda dedim ki, ümid edirik ki, NATO PA növbəti bir iclasında da Ermənistanın işğalçılıq siyasətini pisləyəcək və  müzakirələrdə işğalçıya “Azərbaycan torpaqlarını tərk edin!” deyəcək. 

Bilirsiz, son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyev də beynəlxalq təşkilatların məsuliyyətsizliyini, ikili standartlarla yanaşmasını çox ciddi və qətiyyətlə tənqid edir. Bu yaxınlarda Soçidə Valday Klubunun XVI iclasında da belə  fikirlər səsləndirdi.  

Necə ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. 

BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqan olduğu halda 25 ildən çox müddətdə onun qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda biz  həmin təşkilatın səmərəliliyi haqqında necə danışa bilərik. Beynəlxalq təşkilatlar bəzən bu qətnamələri bir neçə gün ərzində yerinə yetirirlər, ona görə də  müəyyən hərbi əməliyyatların həyata keçirilməsinə heç ehtiyac da qalmır. Çox təəssüf ki, Qarabağın işğalı ilə bağlı məsələdə  qətnamələr kağız üzərində qalır. Hansı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar 19 Noyabr 2019, 19:37 Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü 19 Noyabr 2019, 19:26 Mirzə Cəlilin kötükçəsi Azərbaycan papağı ilə - FOTO 19 Noyabr 2019, 19:24 “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistlə müsahibə Cəlil Məmmədquluzadənin nəticəsini Bakıya necə gətirdi? 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48