Arxiv
15 Oktyabr 2019, 15:04 | MEDİA
Tanınmış jurnalistlərdən Əfqan Muxtarlı ilə bağlı ölkə rəhbərliyinə MÜRACİƏT

Ötən il məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli sosial şəbəkələrdə onun səhhətinin ağırlaşması barədə məlumat yayıb.


Modern.az
xəbər verir ki, vəkil Əfqan Muxtarlının şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkdiyini qeyd edib. O vurğulayıb ki, sentyabr ayının əvvəllərində Penitensiar Xidmətin tibbi əməkdaşları jurnalisti müayinə ediblər:


“Halbuki, müayinənin nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir.

Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv sərəncamının olacağı barədə qeyri-hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələrin bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar da dəbdən düşüb. Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyin bərpası günü qeyd olunacaq. Bu bayram münasibətilə Əfqan Muxtatlının azad edilməsi onun ailəsinə bayram töhfəsi olardı.


Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”.


Tanınmış jurnalistlər, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulublar. Onlar Azərbaycan ictimaiyyətini də bu müraciəti dəstəkləməyə səsləyiblər. Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində Əfqan Muxtarlının azadlığa buraxılmasını xahiş edib, bunun ölkədəki mühitin sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sivil qaydalarla balıq ovlayın - İdarə rəisindən ÇAĞIRIŞ 17 Fevral 2020, 11:23 46 uşaq sığınacaqlara yerləşdirildi 17 Fevral 2020, 11:16 Ukraynadan Azərbaycana göndərilən pulun məbləği AÇIQLANDI 17 Fevral 2020, 11:10 Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub 17 Fevral 2020, 11:04 BDU-ya yeni mətbuat katibi təyin edildi - FOTO 17 Fevral 2020, 10:58 Bakı Ali Neft Məktəbi Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı 17 Fevral 2020, 10:52  “Azərsu” rəhbərliyi rayonlarda qəbul keçirəcək 17 Fevral 2020, 10:46 Narkoloji Mərkəzdə dəhşət: Xəstə özünü asdı 17 Fevral 2020, 10:40 111 nömrəli marşrut xəttinə yeni avtobuslar VERİLDİ - FOTO 17 Fevral 2020, 10:34 Ayaz Mütəllibov Paşinyanın ittihamlarına belə cavab verdi - VİDEO 17 Fevral 2020, 10:28 Türkiyədən Azərbaycana avtomobil ixracı artıb 17 Fevral 2020, 10:22 Bir gündə 4 nəfəri it dişlədi 17 Fevral 2020, 10:15 Azərbaycan millisinə 22 futbolçu çağırıldı - SİYAHI 17 Fevral 2020, 10:08 İslahatlara kimlər mane olmağa çalışır: Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar... 17 Fevral 2020, 10:02 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 17 Fevral 2020, 09:56 Cəbhədə pulemyotlar susmur 17 Fevral 2020, 09:50 Paytaxt polisi 28 cinayətin üstünü açdı 17 Fevral 2020, 09:44 “Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm” - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ” 17 Fevral 2020, 09:39 Messi La Liqada yenə liderdir - qol və asist sayı 17 Fevral 2020, 09:34 Çindən təxliyə edilən tələbələr Kliniki Tibbi Mərkəzə yerləşdirildi 17 Fevral 2020, 09:15 Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır - Siyavuş Novruzov 17 Fevral 2020, 09:08 Bakıda çarpayıdan yıxılan vətəndaşla bağlı ƏMƏLİYYAT 17 Fevral 2020, 09:06 Çində koronavirusdan ölənlərin sayı artır 17 Fevral 2020, 09:01 Türkiyə yenidən silkələndi 17 Fevral 2020, 00:56 Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 17 Fevral 2020, 00:37 Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı 17 Fevral 2020, 00:17 "Ermənilər dünyanın gözü qarşısında özlərini biabır etdilər" - Mübariz  Mənsimov 16 Fevral 2020, 23:53 Gənclər təlimlərə cəlb edildi 16 Fevral 2020, 23:36 Rusiyanın Türkiyədəki səfiri yenə ölümlə HƏDƏLƏNDİ 16 Fevral 2020, 23:18 Şəmkirdə ağır qəzada 3 nəfər öldü 16 Fevral 2020, 23:09 Turist təyyarəsi qəzaya uğradı 16 Fevral 2020, 22:51 AMEA zəlzələ barədə: "Təşviş yaratmağa ehtiyac yoxdur" 16 Fevral 2020, 22:34 Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 “Ekologiya postu” sökülür - VİDEO 16 Fevral 2020, 21:48