Modern.az

Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO

Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO

15 Oktyabr 2019, 17:31

Çempionlar Liqasının 2019/2020 mövsümündə final matçı hüququnu İstanbuldan geri alına bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox ekspertlər və azarkeşlər Türkiyənin Suriyada keçirdiyi əməliyyata görə final matçının köçürülməsini tələb edib.

 

UEFA vitse-prezidenti Mişel Uva Avropanın ali futbol qurumunun bu şikayətlərə baxacağını elan edib. O, Türkiyə yığmasının son matçlarda əsgər salamı verməsini də gərginlik üçün əsas görüb.

“Biz idmanın müstəqilliyini əsas götürəcəyik. Amma təbii ki, biz BMT, Avropa Birliyi, yaxud ABŞ-ı əvəz edə bilmərik. UEFA qərarını prezident və idarə heyəti ilə müzakirədən sonra verəcək”- deyə Uva bildirib.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi