Arxiv
15 Oktyabr 2019, 18:09 | ÖLKƏ
Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk İş Şurasının toplantısında çıxışında  “Biz əvvəllər iki dövlət bir millət deyirdiksə, indi 1 millət, 6 dövlətik”  deyib. Ərdoğanın bu fikirləri maraqla qarşılanıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Ərdoğanın “bir millət, altı dövlət” fikirləri dəstəklənməlidir:

 

“Mən 20 ildir deyirəm ki, biz 7 dövlət 1 millətik. Nazarbayev çox yaxşı vurğuladı ki, “Türkdili dövlətlər” yox, “Türk dövlətləri” anlayışları ortaya qoyulmalıdı. Gələcəkdə bu dövlətlər Avropa Birliyi kimi birləşməlidi. Ərdoğan bu fikirləri çox gözəl və zamanında deyib. Bunun üçün müəyyən işlər görmək lazımdı. Diqqət etsək görərik ki, bu baxımdan xeyli işlər görülüb”.

 

 

Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Sertel deyib ki, Türk Dünyası arada xatırlanan, arada unudulan bir dünya olmamalıdır:

“Eyni dildə danışan, eyni kökdən olan dövlətlər çox sıx münasibət qurmalı, dünya üzərində bir-birinin haqqını, hüququnu müdafiə etməli, lobbi yaratmalıdırlar. Azərbaycanla “iki dövlət, bir millət” ifadəsi çox doğrudur və bu yanaşma digər Türk dövlətləri üçün də olmalıdır. Siyasətdən ticarətə, ziyarətdən turizmə, investisiyalara qədər əməkdaşlıq olmalıdır. Bu birlik Türk dünyası ölkələri üçün gələcəyin inşaasında, yüksəlmədə, zənginləşməkdə önəmli bir addımdır”.

 

 

Türkiyənin Ərciyəs Universitetinin Ermənişünalıq bölməsinin rəhbəri Qafar Çaxmaqlı bildirib ki, illər ərzində Türkiyə prezidentinin dediyi birlik təmin edilməyib:

“Bunun səbəbləri geniş müzakirə mövzusudur. Türk Dövlətləri birgə olmağın mümkünlüyünü və bunun ayaqda qalmağın, güclü olmağın tək yolu olduğunu anlayıblar. Mən bu əməkdaşlığın doğrudan da “Bir millət, altı dövlət” formuluna keçəcəyinə inananlardanam. Türkiyə üzünü nə qədər Türk dünyasına çevirsə, o, daha da güclü ola bilər. Güvəndiyi bu dünyadan heç bir xəyanət də görməz. Çünki qanı bir, canı bir, dili bir qardaşların bir arada olması hamını güclü edər. Bu dövlətlərin hər birinin imkanları fərqli olsa da, sərvət və iqtisadi inkişaf mənasında bir-birini tamamlayacaq çox faktorlar vardır. İqtisadi cəhətdən güclü Türk dünyasına heç bir qüvvə qalib gələ bilməz”.

 

 

Türkoloq, filologioya elmləri doktoru Firudin Cəlilov bildirib ki, bu məsələ uzun illərdir müzakirə edilir:

“Avropa Birliyi olduğu kimi, Türk Birliyi də yaradılmalıdır. Bu birliyin çox böyük əhəmiyyəti var. İqtisadiyyatın inkişafında, elmdə, təhsildə, texnologiyada, kənd təsərrüfatında və digər sahələrdə inkişaf olacaq. Çünki biri-birindən öyrəcənəcək, təcrübələr paylaşılacaq. Ən önəmli məsələ odur ki, bu xalqlar eyni kökdən gəlir, eyni babanın övladıdır. Türk Birliyi yaranarsa, ortaq əlifba olacaq, ortaq dil yaranacaq, ortaq dərsliklər yazılacaq, getdikcə inteqrasiya artacaq.”

F.Cəlilov deyib ki, türk ölkələrinin birliyinə əngəl yaratmaq istəyənlər də çoxdur.

“İran, Rusiya, Ermənistan, Çin və başqa ölkələr bu birliyin yaranmasını istəməzlər. Türk Birliyinin yaranması fikri belə onları qorxuya salır. Onların türkdilli ölkələrdə olan “5-ci kolon”ları mane olmağa çalışır. Bu gün Azərbaycanda  da “5-ci kolon” işə başlayıb. Azərbaycanın dövlət qurumlarından tutmuş müxalifətə qədər İranın, Rusiyanın adamları var”.

 

 

Qlobal Qəzetçilər Şurasının sədri, DİM Media qrupunun rəhbəri Mehmed Əli Dim bildirib ki, Rəcəp Tayyib Ərdoğanın sözləri təqdirəlayiqdir:

“Azərbaycanla biz onsuz da yaxınıq, bir cəmiyyətik. Əvvəl deyirdik “2 dövlət, 1 millət var”, indi isə Türk Şurasının türk dövlətlərini bir araya topladığının şahidi oluruq. Bu dövlətlərin hamısını türk cəmiyyəti olaraq tanıyırıq. Türk Şurasının məqsədi bütün türk dünyasını birləşdirməkdir. Rəcəp Tayyib Ərdoğanın dediyi fikir çox yaxşı yanaşmadı. Bu birliyi, dostluğu qorumaq lazımdı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15