Arxiv
16 Oktyabr 2019, 14:40 | AKTUAL
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

 

- Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bizim əlaqələrimiz uğurla inkişaf edir və şadam ki, Koreya-Azərbaycan əlaqələri yeni pilləyə qalxıb. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və sizin səfəriniz bunu bir daha təsdiqləyir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir. Əlbəttə ki, iqtisadi sahədə əməkdaşlıq daha da geniş vüsət alır. Azərbaycanda 70-ə yaxın Koreya şirkəti rəsmi qeydiyyatdan keçib. Bir neçə Koreya şirkəti Azərbaycanda müxtəlif infrastruktur və inşaat layihələrində iştirak edir. Bakı şəhərində yeni tikilmiş, arxitektura baxımından cəlbedici olan bəzi binaların memarlıq dizaynı Koreya şirkətləri tərəfindən təmin edilmişdir. Ümumiyyətlə, biz istəyirik ki, qarşılıqlı investisiya qoyuluşu daha geniş vüsət alsın. Azərbaycan sizin ölkəyə yarım milyard dollara yaxın sərmayə qoyub. Bizim Dövlət Neft Fondumuz Koreyada daşınmaz əmlaka sərmayə qoyub və əminəm ki, gələcək illərdə qarşılıqlı sərmayə qoyuluşu daha geniş vüsət alacaq.

Şadam ki, Koreyadan Azərbaycana gələn turistlərin də sayı artır. Bildiyiniz kimi, Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və onlar elektron vizanı bir neçə gün ərzində alıb Azərbaycana gələ bilərlər. Bilirəm, koreyalılar xarici ölkələrə səfər etməyə çox həvəslidirlər və ümid edirəm ki, Azərbaycan onlar üçün çox maraqlı bir yer ola bilər.

Əlbəttə, parlamentlərarası əlaqələrə xüsusi diqqət yetirilir. Şadam ki, bu gün sizin rəhbərliyinizlə yüksəksəviyyəli nümayəndə heyəti bizim qonağımızdır. Səfər zamanı həm parlamentlərarası əlaqələr müzakirə ediləcək və bununla bərabər gündəlikdə duran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Əminəm ki, səfəriniz uğurlu olacaq, bir daha xoş gəlmisiniz.

 

Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq deyib:

- Çox sağ olun, cənab Prezident, Sizinlə görüşdüyümə görə çox şadam və çox şərəf hissi duyuram. Mən bilirəm, xəbərdaram ki, Siz nə qədər məşğulsunuz və belə bir vaxtda bizə görüş üçün vaxt ayırmısınız. Bildiyimə görə, Siz oktyabr ayında Rusiyada olmusunuz, Gürcüstanın Baş Naziri Azərbaycana səfərə gəlib və dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Azərbaycanda keçirilib. Mənə çox maraqlıdır, Sizin bu tükənməz enerjiniz haradan gəlir? Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Macarıstan və başqa bir ölkə, sadəcə, müşahidəçidir, üzv deyil. Mən düşünürəm ki, bizim də təşkilata müşahidəçi kimi üzv ola bilmək imkanımız var. Ola bilərikmi?

Prezident İlham Əliyev: Çox yaxşı olar. Mən elə bu məsələni sizinlə müzakirə etmək istərdim.

 

Milli Assambleyanın sədri Mun Hi-sanq: Çox istərdim həyata keçsin.

 

Prezident İlham Əliyev: Ona görə, əgər belədirsə, onda gərək səfər zamanı bu məsələ müzakirə olunsun. Gələn il Türkiyədə keçiriləcək növbəti zirvə görüşündə Koreya əgər müşahidəçi qismində iştirak edərsə, biz çox məmnun olarıq. Macarıstan müşahidəçi kimi bizim tədbirlərdə artıq ikinci dəfədir ki, iştirak edir. Bu, onu göstərir ki, bu təşkilat yeni üzvləri, müşahidəçi qismində iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraq göstərir. Dünənki zirvə görüşündə həm qarşılıqlı siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önəmli layihələr müzakirə olundu. Ona görə xahiş edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidvaram ki, nəticələr yaxşı olacaq.

 

Milli Assambleyanın sədri Mun Hi-sanq: Mən əminəm ki, uğurlu nəticə əldə olunacaq. Çünki Ural-Altay mədəniyyətinə daxil olan xalqlar həmişə ailəyə çox böyük önəm verib, böyükləri hər zaman özlərindən yüksəkdə tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyətə daxilik və bu əməkdaşlığımız uğurla nəticələnəcək.

Sonda xatirə şəkli çəkdirilib.

 

***

Saat 12:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az-a xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlanıb 20 Noyabr 2019, 23:59 Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyacan təbili çaldı 20 Noyabr 2019, 19:41 Hindistan səfiri Aslan Aslanovla görüşüb 20 Noyabr 2019, 19:30 Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu - FOTO 20 Noyabr 2019, 19:16 Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO 20 Noyabr 2019, 18:49 Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25 Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20 Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO 20 Noyabr 2019, 17:11 “Nar” abunəçilərini arzuolunmaz mesajlardan necə qoruyur...   20 Noyabr 2019, 17:06 2019-cu il Azərbaycanda gələn turist sayına görə rekord vuracaq 20 Noyabr 2019, 17:02 Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO 20 Noyabr 2019, 16:50 Azərbaycandan gedənlərin SAYI 20 Noyabr 2019, 16:43 Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36