Modern.az

Deputat seçiciləri ilə müzakirələr aparıb

Deputat seçiciləri ilə müzakirələr aparıb

18 Oktyabr 2019, 14:50

Deputat Novruz Aslanov oktyabrın 17-də İsmayıllı rayonuna növbəti səfərini edib.

 

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkil etdiyi 18 oktyabr “Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş tədbirdə iştirak edən millət vəkili öz çıxışında, Sovet İmperiyasının dağıldıqdan sonra Azərbaycan xalqı öz müstəqilliyi uğrunda savaşaraq onu qazanmasından, sonradan iki il ərzində üzləşdiyi çətinliklərdən, Ermənistanın torpaqlarımıza təcavüzündən söhbət açıb.

 

Qazanılan müstəqilliyin qorunub saxlanılmasının daha çətin olduğu dövrdə ulu öndər Heydər Əliyevin bu şərəfli missiyanı öz üzərinə götürərək buna nail olması və bu gün dövlət başçısı İlham Əliyevin bu missiyanı uğurla davam etdirərək bütün sahələrdə inkişafa nail olmasını önə şəkən Novruz Aslanov tədbir iştirakşılarını bu bayram münasibətilə təbrik edib.

 

Tədbirdən sonra millət vəkili İsmayıllı şəhərində yerləşən ofisində sakinlərin növbətini qəbulunu keçirib. 50 nəfərdən çox sakinin iştirak etdiyi qəbulda qaldırılan məsələlər barədə deputat seçicilərlə müzakirələr aparıb. Xüsusilə, sosial yönümlü məsələlər, şəxsi məişət problemləri, işlə və xəstəliklərlə bağlı problemlər müzakirə mövzusu olub. Millət vəkili Novruz Aslanov mövcud problemlər barədə əlaqədar qurumlarla daim əməkdaşlıq etdiyini və bunun sayəsində bir çox problemlərin həll edildiyini sakinlərin diqqətinə çatdırıb. Bir neçə məsələ yerindəcə həll olunub. Sakinlər də öz növbəsində deputata dəstəyə görə təşəkkürlərini bildiriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?