Modern.az

"Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa?!" - Deputat

"Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa?!" - Deputat

Ölkə

21 Sentyabr 2026, 11:17

Milli Məclisin deputatlarının seçici müraciətlərinin həlli ilə bağlı səlahiyyətləri genişləndirilməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

Deputat bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətdə olan və onların problemlərini dinləyən əsas şəxslər deputatlardır. Lakin onların qaldırılan məsələlərin həllinə təsir imkanları məhduddur.

“Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa? Get, özün camaatın içinə çıx. Xalqın əli çatan deputatdır. Bizim isə səlahiyyətimiz yoxdur. Qurumlar bizə deyirlər ki, siz yol çəkən deyilsiniz. Bəs bizi niyə rayonlara, camaatın içinə göndərirsiniz? Deyirlər, gedin, vətəndaşları dinləyin. Dinləyirik, bizə deyirlər ki, iş verin”, – Səyyad Aran vurğulayıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib