Modern.az

2020-ci il üçün dövlət büdcəsinin məhkəmə xərcləri açıqlandı

2020-ci il üçün dövlət büdcəsinin məhkəmə xərcləri açıqlandı

Aktual

18 Oktyabr 2019, 17:29

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdim edib.

Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2020-ildə  məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanlarının xərcləri üçün 1 milyard 973 milyon 100 min manat vəsait ayrılacaq.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 25,8 faiz, yaxud 404,8 milyon manat çoxdur. Bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanlarının xərcləri 1 milyard 568 milyon 300 min manat proqnozlaşdırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi