Arxiv
19 Oktyabr 2019, 11:25 | AKTUAL
“Ded Xasan”ın qətlinin üstü açılır

Sağ ikən kriminal aləmin “xaç atası” sayılan “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinin üstünü Rusiya İstintaq Komitəsi tərəfindən demək olar ki, tamamilə açılıb.

 

Virtualaz.org xəbər verir ki, bu barədə "Rosbalt" nəşri məlumat yayıb. Məlumata görə, qətlin sifarişçisi “Ded Xasan”ın qatı düşməni hesab edilən  “Merab Suximski” ləqəbli qanuni oğru Merab Djanqveladzedir. Bu, telefon dinləmələri zamanlı da öz təsdiqini tapıb.

Belə ki, “Merab Suximski”nin İtaliyada yaşadığı dövrdə Rusiya həbsxanasında cəza çəkən “Taro” ləqəbli qanuni oğru Tariel Oniani ilə danışıqları aşkarlanıb. Birincisi “Ded Xasan” a qarşı olmasından danışıb, ikincisi isə “onu ləğv edib, bütün problemlər yox olacaq” cavabı verib. Qeyd olunur ki, bundan sonra “Merab Suximski” kriminal aləmin kralına qarşı sui-qəsdin təşkili ilə məşğul olub. Nəşr əlavə edir ki, “Ded Xasan”ın qətlinin sifarişçisinin kimliyi Taqansk cinayətkar qruplaşmasının fəaliyyətini  araşdırarkən üzə çıxıb. Məlum olub ki, mafiozun qətlə yetirildiyi odlu silah məhz onlara məxsus imiş. Həmin silahla 2009-cu ildə “Skif” ləqəbli qanuni oğru Andrey Qolubev qətlə yetirilib.

 

İstintaq zamanı məlum olub ki, mütəşəkkil dəstənin lideri İqor Jirnokleyev çox qənaətcil adam olub. Belə ki, qətldən sonra silahı atmamağı, növbəti cinayətə qədər gizlətməyi tapşırıb.

2010-cu ilin payızında “Jirnıy” dəstə üzvlərinə “Ded Xasan”ı güdməyi tapşırıb və bunun üçün onları silahla təchiz edib. Bir müddət sonra kriminal aləmin “xaç atası” killer tərəfindən ağır yaralanıb, amma sağ qalıb. 2012-ci ildə tarix bir daha təkrarlanıb. “Ded Xasan” dəstə üzvləri tərəfindən yenidən izlənilib.İstintaq aydınlaşdıb ki, killer məhz bu əməliyyatı həyata keçirmək üçün xüsusi olaraq Ukraynadan Moskvaya gəlib.

 

Qeyd edək ki, Aslan Usoyan 2013-cü ilin yanvarında baş nahiyəsindən aldığı güllə yarasından xəstəxanada vəfat edib. Xatırladaq ki, “Ded xaşan”ın kriminal dünyasına təsiri keçmiş postsovet məkanı ölkələrinə və Qərbi Avropanın bir hissəsinə yayılmışdı. Bəzi məlumatlara görə, o Qafqaz cinayətkar qruplaşmalarının rəhbərlik edib, ən nüfuzlu kriminal liderlərdən və Rusiyanın qanuni oğrularından biri olub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24 Prezident Təhsil Nazirliyinə 2 milyon manat pul ayırdı 21 Noyabr 2019, 16:21 Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:18 İlham Əliyev Sumqayıt şəhər stadionun təmirinə 5 milyon manat ayırdı 21 Noyabr 2019, 16:13 Prezident Zakir Fərəcovu ordenlə təltif etdi   21 Noyabr 2019, 16:09 Tələbələrin zəhərlənməsinə görə cinayət işi açıldı - Baş PROKURORLUQ 21 Noyabr 2019, 16:09 Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 21 Noyabr 2019, 16:01 Tələbə qızlar süd məhsullarından zəhərləniblər - Yeni MƏLUMAT 21 Noyabr 2019, 15:55 Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB 21 Noyabr 2019, 15:46 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR 21 Noyabr 2019, 15:40 “Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas 21 Noyabr 2019, 15:30 Badamdar sürüşmə zonasında GƏRGİNLİK - evlər sökülə bilər 21 Noyabr 2019, 15:19 BMU-da beynəlxalq seminar keçirilir 21 Noyabr 2019, 15:15 BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı - YENİLƏNİB-2 21 Noyabr 2019, 15:11 İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub 21 Noyabr 2019, 14:58 “Rus xalqının hissiyyatına toxunan birindən nə gözləmək olar?” - XİN-dən Zatulinə CAVAB 21 Noyabr 2019, 14:50 Prezident Sumqayıtda açılışlar etdi 21 Noyabr 2019, 14:42 İlham Əliyev Sumqayıta gedib 21 Noyabr 2019, 14:23 Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? - STATİSTİKA 21 Noyabr 2019, 14:12 Əli Həsənov Avropadan qaytarılan azərbaycanlı mühacirlərdən DANIŞDI 21 Noyabr 2019, 14:07 Lerikdə qazlaşdırma hansı səviyyədədir? - 12 min abonentdən cəmi... 21 Noyabr 2019, 14:02 Belarus gözəli 22 yaşında deputat oldu – FOTOLAR 21 Noyabr 2019, 13:57 Cəllad Njdenin heykəlinin kölgəsi Gürcüstanda narahatlıq yaradır 21 Noyabr 2019, 13:32 Qarabağ əlilinin jurnalist xanımını işdən çıxardılar - Mətbuat Şurası araşdıracaq 21 Noyabr 2019, 13:26 Azərbaycanda uşaqlara qarşı cinayət - 266 nəfər məsuliyyətə cəlb olunub  21 Noyabr 2019, 13:15 Paşinyanın nümayəndəsi Ata Abdullayevdən DANIŞDI 21 Noyabr 2019, 13:09 Nazirlikdən hava xəbərdarlığı - 11-16 dərəcə şaxta olacaq   21 Noyabr 2019, 13:00 Orta məktəblərin yalnız 64 faizində psixoloq var  - NAZİRLİK 21 Noyabr 2019, 12:53 Bələdiyyə sədri həbs edildi 21 Noyabr 2019, 12:47