Modern.az

Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü

Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü

21 Oktyabr 2019, 20:17

Abşeron rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Modern.az  Trend-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki Masazır - 82 su anbarında baş verib.

Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1994-cü il təvəllüdlü Yusifov Cahil Namiq oğlu işlədiyi su anbarında izoliyasiya işləri apararkən, kustar üsulla hazırlanmış, üzərinə projektor quraşdırılmış işıq dirəyinin yerini dəyişərkən onu elektrik cərəyanı vurub. C.Yusifov hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı