Modern.az

Goranboyda gözlənildiyindən çox pambıq yığılıb

Goranboyda gözlənildiyindən çox pambıq yığılıb

22 Oktyabr 2019, 09:43

Goranboy rayonu cari ilin pambıq yığımında 100 faizdən artıq nəticə göstərib.

 

Bu barədə Modern.az-a Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

 

"Goranboy rayonunda cari ildə əkilmiş 3102 hektar pambıq sahəsindən, orta məhsuldarlıq 20 sentner nəzərdə tutulmaqla, 6204 ton məhsulun təhvil verilməsi gözlənilirdi. Lakin rayonun pambıq tarlalarında olan bol məhsul gözləniləndən daha artıq nəticənin olacağından xəbər verir. 21 oktyabr 2019- cu il tarixə olan məlumata əsasən, 6260  tondan çox məhsul təhvil verilib ki, bu da 100 faizdən artıq nəticədir.

Rayonda pambıq yığımı  uğurla davam etdirilir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı