Arxiv
22 Oktyabr 2019, 10:50 | AKTUAL
İmtahanlarda zal nəzarətçisi olmaq istəyən 518 nəfər qeydiyyatdan keçib  

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər oktyabrın 29-dan etibarən müsahibə mərhələsinə dəvət olunacaqlar.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən mlumata görə, müsahibələr DİM-in inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1M) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.

Müsahibə zamanı namizədin psixoloji və fiziki cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, stress vəziyyətində işləmək bacarığı yoxlanılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. 

Namizədlər öz nəticələri ilə bağlı məlumatla namizədin elektron anketinə daxil olaraq tanış ola bilərlər. Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan test imtahanına dəvət ediləcəklər.

Qeyd edək ki, hazırda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 518 namizəd qeydiyyatdan keçib və onlardan 119 nəfəri DİM-in zal nəzarətçiləri bazasında olduğu üçün müsahibə mərhələsində iştirak etməkdən azaddırlar. Onlar qeydiyyatdan keçdikdən sonra birbaşa intellekt səviyyənin yoxlanılması üçün test imtahanına dəvət edilirlər.

Xatırladaq ki, ötən il 565 namizəd zal nəzarətçisi sertifikatı əldə edərək DİM tərəfindən keçirilən imtahanlarda iştirak edib.

İmtahanlara təyinat aparılan zaman, imtahanların xüsusiyyətləri, ixtisas, yaş və digər tələblər də gözlənilməklə, zal nəzarətçisi kimi fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük verilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyeva daha bir şəhid ailəsinə ev tikliməsilə bağlı göstəriş verdi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12 Azərbaycanda bu şəxslər 500 manatadək cərimələnəcək 11 İyul 2020, 14:05 Deputat: Soydaşlarımızın girov saxlanması Ermənistanın cinayət əməllərinin sübutudur 11 İyul 2020, 13:57