Arxiv
23 Oktyabr 2019, 09:21 | HADİSƏ
Məmurlar bu şəhid anasını qapılarda qoyublar: “Daha yorulmuşam”

“Harayımı cənab Prezdentə çatdıran yoxdur”

Onu ilk görəndə “mən qapılara düşən, imdad diləyən qadın deyildim. Həmişə qürurumla, abrımla yaşamışam. Amma daha dözə bilmirəm”,- dedi. Danışdıqdca da, qeyri-ixtiyari gözlərindən gilənən yaşları gizlətməyə çalışdı. Amma nə qədər çalışsa da, bacarmadı, ağladı, titrəyən əllərilə min bir əziyyət hesabına, məmur qapılarına düşərək, topladığı sənədləri göstərməyə başladı.

Həmsöhbətimiz Şəhid anası Şəfiqə Məmmədəliyevadır. O ana ki, 21 yaşlı gənc balasını bu torpaq uğrunda şəhid verib. O ana ki, illərdir ona sahib çıxanı, dərdinə şərik olanı, “harda yaşayırsan, nə yeyib, nə içirsən?” deyə soruşanı yoxdur.

“Ay qızım baxıram Prezident şəhid ailələrinə necə diqqət, qayğı göstərir. Amma mən ona yaxın düşə bilmirəm. Dərdimi ona eşitdirə bilmirəm. Əminəm ki, problemimdən xəbər tutsa, dərhal kömək edəcək. Di gəl ki, Prezidentə dəfələrlə yazdığım məkubu ona verməyimə belə imkan olmayıb. Rəsmi yazdığım müraciətlərə isə ötəri cavablar almışam”.

Gözünün ağı-qarası bircə oğlunu vətənə qurban verən ananın iki qızı var. Şəhid zabitin anası iki qızı və onların övladları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayon Hüseynbala Əliyev küçəsi 17, mənzil 112-dəki darısqal evdə yaşamaqdadır. Adına yaşamaq demək olarsa...

 

İki güllə və Şəhidin əbədi yuxusu...

 

Şəfiqə xanımın faciəsi hələ babaları 15 may 1937-ci ildə Qazaxıstan SSR ərazisinə sürgün ediləndə başlayıb. Elə Qazaxıstanda dünyaya gələn Şəfiqə xanım sonralar Məmmədəliyev Oruc Rza oğlu ilə ailə qurur. Ailə uzun illər sonra Sumqayıta köçür.

21 yaşında şəhidlik zirvəsinə ucalan oğlu Emil 29 iyul 1971-ci ildə elə Sumqayıtda dünyaya gəlib. O, 14 saylı məktəbin 7-ci sinfini “əla” qiymətlərlə bitirib. Eyni zamanda, musiqi məktbinin elektrogitara kursunu oxuyub.

Emil 1985-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub, 1988-ci ildə həmin məktəbi, 1992-ci ildə isə Moskva vilayətindəki Volski Ali Hərbi İnşaat Komandirlik məktəbini bitirib.

Təyinatla Rusiyada qala, özü üçün o vaxtın tələblərinə uyğun karyera da qura bilərdi. Amma o, Rusiyada iş üçün yüksək maaşlı, hər cür təminatlı iş təklifi alsa da, bunu qəbul etmir. Vətənin ağır günlərində cəbhədə döyüşməyi seçir. Müdafiə nazirinin əmrilə 12 sentyabr 1992-ci ildə Qubadlıya göndərilən Emil batalyonla birgə Laçının itirilmiş kəndlərini azad etmək üçün irəliyə atılır. Kəlbəcərlə Laçını birləşdirən Mazutlu kəndində gedən qeyri-bərabər döyüşdə leytenant Emil Məmmədəliyev iki yerindən yaralanır. Yoldaşları onu güllə yağışının altından çıxarıb Qubadlıya gətirsələr də, çoxlu qan itirdiyindən gənc zabit gözlərini əbədi yumur.

Qara xəbəri Şəfiqə anaya Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri verir. Gözünün ağı-qarası bircə oğlunu itirən ana pərişan olur. Amma “Vətən sağ olsun” deyib dərdini qucaqlayır. Emil Məmmədliyevi Sumqayıt şəhərindəki  Şəhidlər xiyabanında dəfn edirlər.

 

“Məktəbə sizin oğlunuzun adı verilə bilməz”

 

Şəfiqə ananın sözlərinə görə, oğlu dünyasını dəyişəndən sonra  ona “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusu verilir:

“Biz 1996-cı ilə kimi Sumqayıtda yaşamışıq. Daha sonra indi yaşadığımız evə köçmüşük.

Emilin adının oxuduğu Sumqayıt şəhər 14 saylı orta məktəbə verilməsi barədə Pedoqoji Şuranın 24 may 1993-cü il tarixli 227 saylı protokolu var. Lakin həmin protokol da indiyədək icra olunmayıb. Bəhanə gətirdilər ki, o məktəbdə bir neçə şəhid var deyə, qərarı icra edə bilmirlər. Bu da sadəcə bəhanədir, çünki bu barədə Pedoqoji Şura tərəfindən qərar verilib. Bundan əlavə, şəhidin xidmət etmiş olduğu hərbi hissədən də, Müdafiə Nazirliyinin Siyasi və Sosial İşlər İdarəsindən də Sumqayıt şəhər İcra Hakimiyyətinin o vaxtkı baçısı Şakir Abuşovun ünvanına müraciətlər göndərildi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş leytenant Emil Məmmədəliyevin adının əbədiləşdirilməsi üçün köməklik göstərsin”.

İcra başçısı Şakir Abuşovun cavabı Şəfiqə ananı daha da sarsıdıb:


“14 saylı məktəb 12 şəhid verib. Bu səbəbdən də sizin oğlunuzun adının o məktəbə verilməsi mümkün deyil. Biz həmin məktəbə sizin oğlunuzun adını versək, digər analar narazılıq edər. Bütün şəhidlərimiz üçün Şəhidlər xiyabanında xatirə kompleksi ucladılacaq”.

 

27 illik get-gəllər...

 

27 ildə Şəfiqə ananın qapısını döydüyü kreslo sahibləri bir-birilərini əvəzləsələr də, ona olan münasibət dəyişməz qalıb. Yenə də vəzifəli şəxslər öz əvvəlki sələfləri kimi Şəfiqə ananı get-gələ salırlar, müraciətlərinə qeyri-həssas yanaşır, ona dolandırıcı, yayındırıcı cavablar verməklə öz vəzifələrininin icrasını yerinə yetirmiş hesab edirlər.

Ş.Məmmədəliyeva uzun illər ərzində aidiyyatı qurumlara, rəhbər şəxslərə yazmasına, ayrı-ayrı məmurların qəbulunda olmasına baxmayaraq, şəhid oğlunun adının əbədiləşdirilməsinə nail ola bilmədiyindən, ona qanunla şamil olunan imtiyazlardan yararlana bilməməsindən şikayətlənir. Bildirir ki, Prezidentin şəhid ailələrinə ev verilməsi barədə imzaladığı sərəncam ona şamil edilmir:

“Həmin sərəncama əsasən, həyat şəraitinin yaxşılaşdırılması üçün şəhid ailələrinə ev, torpaq sahəsi və maşın verilməsi nəzərdə tutulub. Lakin bu vaxta kimi mənə nə ev, nə torpaq sahəsi, nə də maşın verilib. Şəhid anası, ağbirçək Azərbaycan xanımı kimi unudulmağım mənə çox pis təsir edir. Hazırkı evimdə 6 nəfər ailə üzvüm yaşayır. Mənzil şəraitimiz çox pis vəziyyətdədir.

Mən Sumqayıt şəhərində - “Azərkimya” şirkətində 33 il işləmişəm. Həmin şirkətdən mənə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində Dəfnə BY 114 ünvanında 6 sot torpaq sahəsi verilib. Mən həmin torpağı qızım Zümrüd Eldarovanın adına sənədləşdirmişəm və bu barədə torpağın çıxarışı da var. Lakin həmin torpaq sahəsi 1 ildir ki, naməlum şəraitdə dağıdılıb. Ərazidə tikinti aparılacağı bildirilsə də, mənə kompensasiya verilməyib”.

Şəfiqə xanım Prezident Adminstrasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə edilən müraciətlərdən təxminən eyni məzmunlu cavablar alır:

“Sizin müraciətinizə baxılmışdır. Müraciətinizin yerinə yetirilməsi imkanlarımız xaricindədir”.

 

Yorğun Şəhid anasının üsyanı

Şəhid anası ölkə rəhbərinin keçirdiyi sonuncu müşavirədə səsləndirdiyi fikirləri xatırlayaraq bunları deyib:

“Cənab Prezident deyir ki, məmurlar bir-birilə didişir. Doğrudur, cənab Prezident! Onların bir çoxu xalqı unudub, öz işlərinin genişləndirməklə, didişməklə məşğuldurlar. 27 ildə bir nəfər gəlib qapımı döyməyib, halımı soruşmayıb. Mən heç kimdən mədət ummuram da. Sadəcə haqqım olanı istəyirəm. Mən bir oğlumu vətənə qurban vermişəm. Qalan iki qızımın normal şəraitdə yaşaması üçün mənzillə təminatıma köməlik göstərilməsini xahiş edirəm. Axı mən kiminsə haqqı olana əl uzatmıram, kiminsə yolunu kəsmirəm. Daha qapı-qapı gəzməkdən, bir vəzifəlinin digərinin qapısına yollamasından, axırda dolanıb eyni məkanda dayanmaqdan yorulmuşam”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda iki uşağın üzərinə qaynar su töküldü 21 Noyabr 2019, 10:15 “Instagram” qaydalarını pozan tətbiq silindi 21 Noyabr 2019, 10:13 Fərman Salmanov adına təqaüd RƏSMİLƏŞDİ 21 Noyabr 2019, 10:04 General Yaşar Büyükanıt vəfat etdi 21 Noyabr 2019, 10:02 Təhsil Nazirliyinin İdarəetmə Qrupunun vəzifələri bilindi - QƏRAR 21 Noyabr 2019, 09:59 Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükr edin” 21 Noyabr 2019, 09:47 Bakıda ana və iki azyaşlı uşağı dəm qazından ZƏHƏRLƏNDİ 21 Noyabr 2019, 09:44 Ombudsmanın mətbuat katibi işdən çıxdı 21 Noyabr 2019, 09:39 Ermənistan atəşkəsi 22 dəfə pozub 21 Noyabr 2019, 09:36 Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı 21 Noyabr 2019, 09:29 Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...   21 Noyabr 2019, 09:21 Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ” 21 Noyabr 2019, 08:37 Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar... 21 Noyabr 2019, 08:29 Fərid Şəfiyev: Dağlıq Qarabağ ermənilərin son arzusu deyil 21 Noyabr 2019, 08:25 Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı 21 Noyabr 2019, 08:18 Manatın bugünkü MƏZƏNNƏSİ 21 Noyabr 2019, 08:16 Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30 Soçidə 6 hektar meşə yanıb kül oldu 21 Noyabr 2019, 00:13 Samuxda qaz sızmasından partlayış  20 Noyabr 2019, 23:53 Azərbaycan nefti ucuzlaşıb 20 Noyabr 2019, 23:37 Bakıda "Qoşa çinar" restoranı yandı 20 Noyabr 2019, 23:19 Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlanıb 20 Noyabr 2019, 22:59 Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01