Modern.az

Rusiya-Türkiyə protokolu: Proses 150 saat içində tamamlanacaq

Rusiya-Türkiyə protokolu: Proses 150 saat içində tamamlanacaq

23 Oktyabr 2019, 13:12

Oktyabrın 22-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.  

Görüşdə Suriya məsələsi geniş müzakirə olunub və tərəflər arasında Niyyət Protokolu imzalanıb.

 

Türkiyənin Bakıdakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakı məsələlərdə razı gəliblər:

 

  1. 1. Hər iki tərəf Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına və Türkiyənin milli təhlükəsizliyinin qorunmasına bağlı qaldıqlarını təsdiq edirlər.

 

  1. 2. Terrorizmin bütün şəkil və təzahürləri ilə mübarizədə və Suriya ərazisində separatçı fəaliyyətləri boşa çıxarma istiqamətində qətiyyətli olduqlarını vurğulayırlar.

 

  1. 3. Bu çərçivədə, Tel Abyad və Ras Al Aynın daxil olduğu 32 km dərinliyindəki mövcud Barış Pınarı Hərəkatı sahəsindəki status-kvo mühafizə ediləcəkdir.

 

  1. 4. Hər iki tərəf Adana Anlaşmasının əhəmiyyətini təsdiq edir. Rusiya Federasiyası mövcud şərtlərdə Adana Anlaşmasının tətbiqini asanlaşdıracaqdır.

 

  1. 5. 23 Oktyabr 2019-cu il, günorta saat 12:00-dan etibarən Rus hərbi polisi və Suriya sərhədçiləri Barış Pınarı Hərəkatı sahəsinin xaricində qalan Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə, YPG ünsürləri və silahlılarının Türkiyə-Suriya sərhədindən başlayaraq sərhədin 30 km xaricinə çıxarılmasını təmin etmək üçün daxil olacaqlar. Bu proses 150 saat içində tamamlanacaqdır. Eyni zamanda, Qamışlı şəhərindən xaricində, Barış Pınarı Hərəkatı sahəsinin qərbində və şərqində 10 km dərinlikdə birgə Türk-Rus patrul fəaliyyəti başlayacaqdır.

 

  1. 6. Münbiç və Tel-Rıfatdan bütün YPG ünsürləri silahları ilə bərabər çıxarılacaqdır.

 

  1. 7. Hər iki tərəf terrorçu ünsürlərin sızmasının qarşısının alınmasının təmini üçün lazımi tədbirləri görəcəkdir.

 

  1. 8. Qaçqınların təhlükəsiz və könüllü şəkildə geri qayıtmalarını asanlaşdırmaq məqsədilə ortaq fəaliyyət göstəriləcəkdir.

 

  1. 9. Bu memorandumunun həyata keçirilməsinə nəzarət üçün və koordinasiya məqsədilə müştərək bir nəzarət və yoxlama mexanizmi qurulacaqdır.

 

  1. 10. Tərəflər Astana Mexanizmi çərçivəsində Suriya münaqişəsinin siyasi həlli üçün səylərini davam etdirəcək və Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcəkdir.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?