Arxiv
27 Oktyabr 2019, 22:56 | İQTİSADİYYAT
Mikayıl Cabbarov ilk mesajını verdi: “Kölgə”dən “ağ”a... - VİDEO

"İqtisadi inkişafın sürətləndirilməsi, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər qarşımızda durur".

Modern.az  xəbər verir ki, bunları Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” verilişinə verdiyi ilk müsahibədə deyib.

M.Cabbarov qeyd edib ki, növbəti həftələr ərzində qarşıda duran əsas məsələlərdən biri “həmin hədəflərə necə çatmaq olar?” sualına cavab tapmaq olacaq:

"Başqa sözlə İqtisadiyyat Nazirliyinin yenilənmiş iş proqramlarını, hədəflərini ortaya qoymaqdan ibarət olacaq. Biz öz işimizi müsbət bünövrə üzərində davam etdirəcəyik. Əgər makroiqtisadi göstəricilərimizə nəzər salsaq, prinsip etibarı ilə bizim müsbət göstəricilərimiz mövcuddur. Xarici borcumuz aşağı səviyyədədir, makroiqtisadi sabitlik təmin olunub. Artıq son 10 ay ərzində xüsusilə biz sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata, yəni "kölgə"dən "ağ"a çıxmaq meyllərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin artımında, vergi mədaxillərində, gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük".

Nazir əlavə edib ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi dövlətin imkanlarını artırır:

"Maliyyə sektorunda - banklarda olan vəsaitlərin, hesablarda olan vəsaitlərin sürətli artımını müşahidə edirik. Bir sözlə, ümumi müsbət tendensiyalar mövcuddur. Eyni zamanda hamımıza bəlli olan, dövlət başçısının da müvafiq çıxışlarında qeyd edilən çatışmazlıqlar, hədəflər var. Çatışmazlıqlarla mübarizə aparmaq, həmin hədəflərə nail olmağı İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük. Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılması, başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının dövlətimiz qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu artırmaq, iqtisadi fəallığı artırmaq kimi hədəflərdir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin-büdcənin imkanlarını artırır, həm vətəndaşların imkanını artırır. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq".

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45 “Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov 19 Fevral 2020, 17:39 Prezident İlham Əliyev və Mehriban Əliyeva İtaliyada səfərdədir 19 Fevral 2020, 17:35 MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00