Modern.az

Vasif Talıbov, Rövnəq Abdullayev, Zeynəb Xanlarova, Fəttah Heydərov da ƏLÇATAN OLDU

Vasif Talıbov, Rövnəq Abdullayev, Zeynəb Xanlarova, Fəttah Heydərov da ƏLÇATAN OLDU

28 Oktyabr 2019, 15:46

Milli Məclis deputatlarla bağlı yenilik edib.

 

Modern.az-ın məlumatına görə, bu vaxta kimi Milli Məclisin internet resursundakı  “Deputatlar” bölməsində hər bir parlamentarinin ancaq təvəllüdü, təmsil olunduğu partiya və üzv olduğu komitə qeyd edilmişdi.

 

Budəfəki yenilik isə bir qədər fərqlidir. Bu yenilik hər bir deputatın adı olan “Deputatla əlaqə” bölməsidir ki, həm seçicilər, həm də ictimaiyyət bu bölmədən yararlana biləcək.

 

Belə ki, “Deputatla əlaqə” bölməsində deputatın köməkçisinin ad və soyadı, mobil nömrələri, bəzilərində isə hətta e-mail ünvanları qeyd edilib.

 

Qeyd edək ki, saytın “Deputatlar” bölməsində jurnalistlərin əlçatmaz hesab etdiyi millət vəkilləri ilə də əlaqə nömrələri yazılıb.

Onlar arasında Rövnəq Abdullayev, Vasif Talıbov, Zeynəb Xanlarova, Fəttah Heydərov kimi ələdüşməz deputatların adları da var. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir