Modern.az

“Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri məsələsinə dair dialoq aparılır” - Lavrov

“Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri məsələsinə dair dialoq aparılır” - Lavrov

Media

31 Oktyabr 2019, 17:01

ATƏT-in Katibliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri məsələsinə dair dialoq aparılır.

 

Modern.az Azərtac-a istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu fikri Moskvada ATƏT-in Baş katibi Tomas Qreminger ilə görüşünün yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.

 

Rusiyalı nazir xatırladıb ki, aprel ayında Moskvada ATƏT-in Minsk qrupunun üç həmsədrinin iştirakı ilə Ermənistan, Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçirilib.

S.Lavrov deyib: “Çox səmimi, qeyri-rəsmi, canlı diskussiyanın yekunlarına əsasən bir sıra humanitar tədbirlərin həyata keçirilməsi perspektivləri müəyyən edildi. Paralel olaraq Dağlıq Qarabağ məsələsinin nizamlanmasına dair siyasi dialoqa yanaşmaların mümkün variantları, etimadın möhkəmləndirilməsi tədbirləri təhlil olundu. O vaxt tutulub saxlanılan şəxslərin dəyişdirilməsi, həlak olanların cəsədlərinin mübadiləsi, vəziyyətin gərginliyini az da olsa zəiflətmək, etimad şəraitini irəlilətmək üçün jurnalistlərin qarşılıqlı səfərləri məsələsi müzakirə edildi. ATƏT-in Katibliyinin vasitəçiliyi ilə jurnalistlərin qarşılıqlı səfərləri məsələsinə dair dialoq aparılır. Buna ümid var. Saxlanılan şəxslərlə bağlı vəziyyət o qədər də nikbin olmağa əsas vermir, lakin hər halda biz bunu əsas götürürük ki, bu istiqamətdə hərəkət etmək lazımdır”.

 

S.Lavrov Ermənistanın müdafiə naziri David Tonoyanın bu günlərdə səsləndirdiyi “Qarabağ məsələsi həll edilib” bəyanatını şərh edərək deyib:

“Əlbəttə, hər iki tərəfin səsləndirdiyi emosional bəyanatlar işə kömək etmir. Burada ATƏT-in noyabr ayının ilk ongünlüyünə planlaşdırılan daimi Şurasında həmsədrlərin çıxışlarında daha pozitiv şərait yaratmaq üçün bu vəziyyətdən istifadə etməyə çalışmaq lazımdır. İndi əsas məsələ budur. Qarabağ probleminin başqa formada deyil, məhz bu şəkildə həll edilə biləcəyi barədə bəyanatlar yəqin ki, işə kömək etmirlər. Məhz mövqeləri yaxınlaşdırmaq və kompromisə nail olmaq üçün yəqin ki, həmsədrlərin səyləri davam etdirilməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi