Modern.az

İŞİD liderinin arvadı da yaxalandı - VİDEO

İŞİD liderinin arvadı da yaxalandı - VİDEO

6 Noyabr 2019, 16:11

Özünü İslam Dövləti (İŞİD) adlandıran terrorçu hərbi qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin bacısından sonra arvadı da yaxalanıb.


Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Bağdadi özünə sui-qəsd elədi, Amerika bunu kampaniya etdi. İlk dəfə bu gün burada açıqlayıram. Biz də Bağdadinin xanımını yaxaladıq, amma bəyan etmədik. Eyni zamanda bacısını, yeznəsini də yaxaladıq, həm də Suriya ərazisində".    


Qeyd edək ki, İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadi ötən ay ABŞ hərbi qüvvələri tərəfinfən məhv edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi