Modern.az

Səhiyyə Nazirliyindən dərman reklamı ilə bağlı TƏKZİB

Səhiyyə Nazirliyindən dərman reklamı ilə bağlı TƏKZİB

Aktual

9 Noyabr 2019, 16:07

Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu reklamların onlara heç bir aidiyyəti yoxdur.

Bildirilib ki, nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır: "Respublika Müalicə Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib. Dələduzlar Rusiyanın baş uşaq onkoloqu olan Mamed Əliyevin şəklini paylaşaraq arıqlamaq üçün dərman preparatının satışını həyata keçirmək istəyiblər".

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı