Modern.az

Orta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək

Orta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək

11 Noyabr 2019, 13:36

Dekabr ayının sonunda Təhsil Nazirliyi tərəfindən yenidən orta məktəblərdə çalışanların Diaqnostik İmtahanı keçiriləcək.

 

Modern.az xəbər verirr ki, bu barədə təhsil eksperti Kamran Əsədov özünün "Facebook" səhifəsində məlumat yayıb.

 

K.Əsədov bilidirir ki, imtahanda iştirak etməsi nəzərdə tutulur:

 

"1.Orta məktəb psixoloqları

2. İndiyə qədər DQ-dan keçməyən direktor və direktor müavinləri

3. İndiyə qədər diplom probleminə görə DQ-ya cəlb olunmayan müəllimlər.

Düşünürəm ki, 3-cü bənddə göstərilən, yəni diplomundakı problemlə əlaqədar DQ - ya buraxılmayanların indi cəlb edilməsi ədalətidir.
1-cisi ona görə ki, onlar orta məktəblərdə çalışırlar və bəlkədə də bilik və bacarıqları digərlərindən yüksəkdir.

2-cisi düşürəm ki, bütün diplom probleminə görə DQ-ya buraxılmayanları dekabrda gözlənilən DQ - ya buraxmaq olmaz. Yalnız pedaqoji stajı 5 ildən çox olanları buraxmaq olar və onlara minimum bal tələbini tətbiq etmək lazımdır. Yəni azı 70 faizdən çox nəticə göstərənləri DQ-dan keçmiş hesab etmək olar.

Bütün hallarda isə, xüsusi ilə psixoloqlar üçün təşkil ediləcək DQ-nın proqramı və ədəbiyyat siyahısı ən geci noyabrın sonuna qədər təqdim olunmalıdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...