Arxiv
13 Noyabr 2019, 10:08 |
Azərbaycanda gözdən əlillərə hansı güzəşt və imtiyazlar verilir...

 

Azərbaycanda ildən-ilə güclənən sosial müdafiə tədbirlərinin əhatə etdiyi həssas əhali qruplarından biri də gözdən əlilliyi olan şəxslərdir. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı gözdən əlilliyi olan vətəndaşların da sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına şərait yaradıb.  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, gözdən əlilliyi olanların mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib. Dövlət başçısının 11 iyun 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib. Sərəncama əsasən, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılması nəzərdə tutulur. Müvafiq  layihə-smeta sənədlərinin hazırlanması işlərindən sonra paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.   

 

Gözdən əlilliyi olan şəxslərin sosial inteqrasiyası sahəsində aparılan işlərdə Heydər Əliyev Fondu tərəfindən mühüm dəstək göstərilir. Fondun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində (Naxçıvan, Gəncə və Yevlax) yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasına xidmət edir.  

 

Həmçinin Bakının Zabrat qəsəbəsində istifadəyə verilən Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiya yönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət daşıyır. Nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin də reabilitasiya məqsədli sosial xidmətlərlə təminatı üçün müvafiq işlər aparılır. Bu işlərin daha da genişləndirilməsi məqsədilə bu il görmə imkanları məhdud uşaqlar üçün daha 2 sosial reabilitasiya mərkəzi yaradılıb və hazırda 3 belə mərkəz fəaliyyət göstərir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunurlar. 2019-cu ildə reallaşan sosial islahatlar çərçivəsində bu müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması, minimum pensiya məbləğinin 200 manata çatdırılması təmin edilib. Həmçinin 1-ci dərəcə gözdən əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub. Bununla yanaşı, pensiya qanunvericiliyində I qrup əlilliyi olanlar (o cümlədən gözdən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında bir sıra güzəştlər nəzərdə tutulub. 

 

Sağlamlıq imkanları məhdud uşaqlar, o cümlədən görmə imkanları məhdudluğu səbəbi ilə bu kateqoriyadan olan uşaqlara yönələn aylıq müavinət də bu il 83 faiz artırılaraq 150 manata çatdırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub.

 

Eyni zamanda, Prezident İlham Əliyevin 3 may 2019-cu il tarixli Sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, o cümlədən bu kateqoriyalardan olan görmə imkanları məhdud insanların da ali təhsil müəssisələrində təhsil müddəti ərzində təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzinə istifadəyə verildiyi vaxtdan indiyədək  1800-ə yaxın gənc qəbul olunub ki, onlardan bir qismi də görmə imkanı məhdud şəxslər olub. Hazırda mərkəzdə peşə təlimində olan 135 gəncin də bir qismi məhz görmə imkanı məhdud gənclərdir.

 

Əlilliyi olan şəxslər üçün qanunvericilikdə, o cümlədən əmək münasibətlərində bir çox güzəştlər də nəzərdə tutulub ki, bunlar eyni zamanda gözdən əlilliyi olanlara şamil edilir. Bu kateqoriyadan olanların məşğulluq imkanlarının və əmək bazarına çıxışının dəstəklənməsi, onların peşə hazırlığının təşkili məqsədilə də müvafiq işlər aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən şəxslər yaxalandı - VİDEO 11 İyul 2020, 20:56 Ədliyyə Nazirliyinin vəzifələri artırılıb 11 İyul 2020, 20:41 Daha  6 472 obyektdə qaydalar pozuldu 11 İyul 2020, 20:28 Şəmkirdə mikroavtobus aşıb: xeyli sayda yaralı var 11 İyul 2020, 20:15 Koronavirusa yoluxan şöbə müdirindən XƏBƏR VAR 11 İyul 2020, 20:09 Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI 11 İyul 2020, 19:59 Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN 11 İyul 2020, 19:50 “Neftçi”nin sabiq vitse-prezidenti koronavirusdan ÖLDÜ 11 İyul 2020, 19:44 Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatlıq ödənişlə qarpız alıb təpikləyən barədə AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər virusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27