Arxiv
14 Noyabr 2019, 17:46 | MEDİA
Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA

Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Modern.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019”  tədbiri zamanı bir neçə jurnalistin belə bir məlumat eşidərək, ona bildirdiyini söyləyib:


“Mən belə başa düşürəm ki,  məlumatı ya burada iştirak edən erməni nümayəndələrdən, ya da digər ölkələrin təmsilçilərindən eşidiblər. Bilavasitə burada heç bir iştirakımız olmadığına görə şərh verə bilmərəm.

Mən hesab edirəm ki, bu olmalıdır. Amma biz jurnalistlərin ayrıca təşəbbüsü kimi belə bir addım atılsa, heç bir nəticəsi olmayacaq. Çünki belə hadisələr olub, ilk vaxtlar müəyyən nəticələr versə də, sonda nəticəsiz qalıb. Bu bütöv bir yanaşmanın, proqramın tərkib hissəsi kimi səmərəli ola bilər. Jurnalistlər arasında hansısa informasiya mübadiləsinin genişlənməsini, davam etməsini götürsək, bunun siyasi müstəvidə paralel prosesi olmaycaqsa, vətəndaş cəmiyyətinin digər strukturları arasında paralel prosesi getməyəcəksə, bu, heç bir nəticə verməyəcək. Bir neçə mərhələdən sonra yenə sönəcək və cəmiyyətdə qıcıq yaradacaq”.


A.Əliyev hesab edir ki, informasiya mübadiləsi istənilən halda başlıca bir məqsədə xidmət etməlidir:


“Mübadilə elə qurulmalıdır ki, gedən proseslər haqqında həm cəmiyyətdə, həm də cəmiyyətin qərar verən təbəqəsində həmişə real məlumatlar olsun. Yəni biz ümumi illüziyalarla, stereotiplərlə deyil, həqiqi informasiya ilə yaşayaq, onun əsasında öz qərarlarımızı verək. Bu bir köməkçi funksiyadır. Jurnalistlərin mübadiləsi hansısa proqrama köməkçi funksiyası daşıya bilər. Bu proqramın özü mövcud olmayanda isə proses havada qalır və nəticəsiz olur”.


Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə son bir neçə ildə belə təşəbbüslərin dəfələrlə təkrarlandığını xatırladıb. M. Ələsgərlinin sözlərinə görə, azərbaycanlı və erməni jurnalistlərin müxtəlif beynəxalq toplantılarda təmasları mövcuddur:


“Fərd olaraq da Ermənistana səfər edən azərbaycanlı jurnalsitlər var. Toplum şəkildə səfər edəcək jurnalistlərin hansı fayda verəcəyindən söhbət gedir. Mən şəxs olaraq, bundan böyük fayda gözləmirəm. Çünki bu cür görüşlər zamanında olub. Xüsusilə 1990-2000-ci illərdə belə səfərlər təkrarlanırdı. Nəticə maraqlıdır, ermənilər Azərbaycandakı həqiqətləri əks etdiriblərmi?”.


Qarabağ münaqişəsinin tənzimlənməsi yönündə işləri Azəraycan hökumətinin öz üzərinə götürdüyünü vurğulayan M.Ələsgərli düşünür ki, torpaqlar məsələsi ümumxalq məsələ olsa da, hazırda münaqişənin həlli məsələsilə hakimiyyət məşğuldur:


“Azərbaycan xalqı isə hakimiyyətə etimad göstərib. Ona görə, dövlətin ali orqanları səviyyəsində qərar verilsə ki, jurnalistlərin mübadisəli aparılsın, bu münaqişənin həlli məsələsinə fayda verəcək, təbii, biz o görüşlərə məmnuniyyətlə qatılarıq. Yox burada dövlətin özünün dəstəyi, marağı, təklifi yoxdursa, hansısa özfəaliyyət formasındakı qüvvələrin təsiri ilə keçiriləcəksə, buradan bir fayda görmürəm və əleyhinəyəm”.


"Azadinform" Agentliyinin baş redaktoru Niyaz Niftiyev jurnalistlərin qarşılıqlı səfərlərinin əleyhinə olmadığını bildirib:


“Təbii ki, proses dövlət qurumlarının nəzarəti altında həyata keçiriləcəksə, niyə də olmasın? Məsələnin ikinci tərəfi isə azərbaycanlı jurnalistlərin hara səfər edəcəkləridir. Əgər erməni jurnalistləri Bakıya, Azərbaycan jurnalistləri İrəvana səfər edəcəklərsə, bunun elə də bir ciddi əhəmiyyəti yoxdur, yəni getməsələr, daha yaxşıdır. Çox istərdim ki, azərbaycanlı jurnalistlər işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlara səfər etsinlər. Belə olan halda Azərbaycan ictimaiyyəti işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda baş verən dəyişikliklər – dağıntılar barədə daha dəqiq informasiya əldə edə bilərlər. Bu informasiyalar həm də gələcəkdə beynəlxalq ictimaiyyətə təqdim oluna bilər.
Üçüncüsü, yaxşı olardı ki, Dağlıq Qarabağa və ətraf rayonlara səfər edəcək - əgər bu mümkün olsa - kontingentin seçimi zamanı daha çox işğal olunmuş rayonlarımızdan olan jurnalistlərə üstünlük verilsin. Bu gün Azərbaycan mediasında bu rayonlardan olan kifayət qədər təcrübəli və hazırlıqlı həmkarımız var. Onlar həm də bölgəni yaxşı tanıyırlar, hara getmək, haranı çəkmək, haradan yazmaq lazım olduğunu daha yaxşı bilirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada daha 302 nəfərdə koronavirus tapıldı 30 mart 2020, 14:59 Tanınmış həkim koronavirusun başa çatacağı vaxtı AÇIQLADI 30 mart 2020, 14:50 Azərbaycan nefti yenidən ucuzlaşdı 30 mart 2020, 14:43 Daha bir erməni əsgəri koronavirusa tutuldu 30 mart 2020, 14:41 İnterneti olmayan tələbələrlə bağlı addım atılacaq - Cəsarət Valehov 30 mart 2020, 14:38 Neft qiymətləri 18 ilin minimumuna düşdü – 1 barel 22 dollar 30 mart 2020, 14:36 Yer kürəsinə Atlas kometi yaxınlaşır 30 mart 2020, 14:32 Türkiyədən beynəlxalq təşkilatlara çağırış - Qarabağda keçiriləcək seçkiləri boykot edin 30 mart 2020, 14:26 Əli Hüseynli yeni medaldan danışdı 30 mart 2020, 14:20 Ramiz Mehdiyev Milli Elmlər Akademiyasını BAĞLADI 30 mart 2020, 14:14 Daha bir sınaq imtahanı pulsuz oldu 30 mart 2020, 14:10 Azərbaycanda qar yağıb - FAKTİKİ HAVA 30 mart 2020, 14:05 Azərbaycanlı sahibkar 44 min maska alıb sakinlərə pulsuz payladı - VİDEO 30 mart 2020, 13:59 Özünü karlığa, korluğa vuran DÜNYA 30 mart 2020, 13:53 Ermənistanın koronaviruslu günləri – Durğun iqtisadiyyat, ərzaq qıtlığı, zəifləmiş ordu, gözlənilən devalvasiya... 30 mart 2020, 13:47 Dəyişən dünyada SANKSİYALAR… 30 mart 2020, 13:44 Yeni medal təsis edilir 30 mart 2020, 13:44 Rezidenturaya sınaq imtahanı ödənişsiz oldu 30 mart 2020, 13:41 “Biz kimisə metroya buraxmaya bilmərik” – Sıxlığın SƏBƏBİ 30 mart 2020, 13:35 Daha bir qurum Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü 30 mart 2020, 13:30 Deputat nəvəsinə “Doğrul” adı qoymaq istədi, ancaq imkan vermədilər 30 mart 2020, 13:29 Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən mobil qruplar təşkil edilib - FOTO 30 mart 2020, 13:23 Prokurorların hüquqları artırılır 30 mart 2020, 13:17 65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək 30 mart 2020, 13:14 Kreditlərin gecikməsinə görə faiz və cərimələr yazılmasın - Vüqar Bayramov 30 mart 2020, 13:09 Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi 30 mart 2020, 13:05 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 30 mart 2020, 13:02 Koronavirus yayılan ölkələrdə səfirliklərimizin işi davam edir - Səməd Seyidov 30 mart 2020, 12:58 Tarixi adlarımızın dəyişdirilməsinə səs verənlər Milli Məclisdə oturub - Musa Qasımlıdan ETİRAZ 30 mart 2020, 12:52 Sabah Bakıda 19 dərəcə isti olacaq 30 mart 2020, 12:49 “Bizim istisna halımız Ermənistanla bağlıdır” - Tahir Mirkişili 30 mart 2020, 12:44 Parlamentin Toponomiya Komissiyasının yeni tərkibi formalaşdı 30 mart 2020, 12:38 Deputatların elektron səsverməsi dekabrın 30-dək qüvvəyə minir 30 mart 2020, 12:35 Koronavirusu yox edən dərman TAPILDI: 7 ölkədə uğurla sınaqdan keçdi 30 mart 2020, 12:33 “Onlayn iclas zamanı internet kəsilsə, necə səs verəcəyik?” - Deputat 30 mart 2020, 12:28