Modern.az

Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ

Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ

14 Noyabr 2019, 18:08

Ermənistanın Vatikanda keçmiş səfiri Mikael Minasyan Ermənistan hakimiyyətinə qarşı sərt çıxış edib.

 

Modern.az xəbər verir ki, o, Paşinyanı ölkəni vaxtı ilə baş redaktoru olduğu “Aykakan Jamanak” (Erməni vaxtı) qəzeti kimi idarə etdiyini söyləyib.

O, “Facebook”dakı səhifəsində Paşinyanla mübarizə aparmaq üçün aşağıdakı şərtlərdən biri icra etməyi məsləhət görüb.

 

“Danış” – Minasyan ətrafdakı səs-küyə diqqət etməməyi və mövcud problemlər barədə açıq danışmağa çağırış edib.

“Qorxma” – Onun fikrincə, hakimiyyət bütün təndiqçiləri həbs etməkdən qorxacaq.

“Tələb et” – “Onlar sən olduğun üçün mövcuddular. Sən onlara iş verdin. Onlar hakimiyyəti taxtla səhv salıblar. Sənin səsini onlar öhdəlik deyil, sadəcə bir vasitə kimi görürlər”-deyə Minasyan yazır.

“Virtual reallığı rədd et” – O, sosial şəbəkələrdə şərh yazan şəxslərin hakimiyyət tərəfindən tutulan insanlar və feyk profillər olduğunu bildirib.

“Özün mühakimə et” – Minasyan hakimiyyətin selfiləri, səfərləri və təqdimatlarının insanların həyatında necə əks olunduğunu sorğu-sual etməyi də təklif edir.

“Sənin maraqlarına toxunmayacaq ədalətsizlik yoxdur” – O, hakimiyyətə yaltaqlanmaqla onlar tərəfindən haqsızlıqla üzləşməyəcəyinə ümid etməyi sadəlövhlük sayır.

“Komandanı topla” – Hakimiyyət tərəfindən göstərilən zorakılıq mezanizminə qarşı birləşmək lazımdır.

 

   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi