Modern.az

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb  

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb  

Aktual

15 Noyabr 2019, 19:20

2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 455.515 milyon ABŞ dolları dəyərində 467.292 min ton meyvə-tərəvəz ixrac edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

 

Məlumata görə, bu göstəricilər 2018-ci ilin müvafiq dövrünə nisbətən 50,018 milyon dollar (12,3%) və 24,096 min ton (5,4%) çoxdur.

 

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,7%-ni təşkil edib.

 

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 18,545 min ton meşə fındığı ixrac edib.

 

Bu növ məhsulun ixracından 101,221 min dollar gəlir əldə edilib.

 

Meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,6%-ni təşkil edib.

 

Eyni zamanda Azərbaycan alma ixracından 28,798 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracın həcmi 70,155 min ton olub. Bu ümumi ixracın 0,2% hissəsini təşkil edir. 

 

Bundan başqa, bu il ərzində Azərbaycan 66,662 min ton xurma ixrac edib. Məhsulun ixracından 47,577 milyon dollar vəsait əldə edilib. Əldə edilən vəsait ölkənin ümumi ixracının 0,3%-ni təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir