Modern.az

APA 15 yaşına çatdı

APA 15 yaşına çatdı

16 Noyabr 2019, 09:56

"Azəri-Press" Agentliyinin (APA) yaranmasından 15 il ötür.

 

Modern.az xəbər verir ki, APA 2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayıb.

 

Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

 

APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir.

"APA-Economics"in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır.

 

Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər