Arxiv
17 Noyabr 2019, 13:37 | HADİSƏ
“İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir

İran hökumətinin benzinin qiymətini gözlənilmədən qaldırması və satışına məhdudiyyət qoyulması ilə bağlı qərarı ölkəboyu etirazlara səbəb olub.
Bəzi müəlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatıb. Digər xəbərlərdə ölü sayının 25-ə yaxın olduğu vurğulanır.

Uzun müddət İranda yaşamış, mühacirət etdikdən sonra 12 ildir ki, Azərbaycanda məskunlaşan Araz Obalı Modern.az-a açıqlamasında bildirib ki, iğtişaşlar İranın hər yerində baş verir:

“İğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var. Ölənlərin sayı deyilənlərdən daha çoxdu. Sadəcə İran rejimi bunu gizlədir. Təəssüflə deyə bilərəm ki, ölənlər arasında azərbaycanlıların olması ehtimalları böyükdür”.


Araz Obalı bir məqamı da qeyd edərək bildirib ki, benzinin bahalaşmasına etiraz bir bəhanədir:

“Ona görə ki, millət İran dövlətinin pulları terror təşkilatlarına xərcləməsindən çox narahatdır. Benzinin bahalaşması adı altında “Hizbullah”, “Həmas”, “Əl-Qaidə” kimi terror təşkilatlarının maliyyələşdirməsinə etiraz edilir. Hətta, İranda mollaların oturduğu 2 dini mərkəz yandırılıb. Səbəb kimi belə mərkəzlərə maliyyənin mənasız olaraq ayrılması göstərilir. Həmçinin, etirazların başlamasında təkcə farslar yox, etnik xalqların da  rolu böyükdür”.

İranda benzinin satış qiyməti 2 dəfə bahalaşıb.

Bundan belə benzinin 1 litri 7500 İran rialına yox, 15 min riala (0,36 ABŞ dolları) satılacaq. Eyni zamanda, benzinin aylıq satış limiti də qüvvəyə minib. Adambaşına ay ərzində 60 litrdən artıq benzin ltri 15 min rialdan satıla bilməz.

Limit aşılarsa, 60 litrdən artıq olan hər litrə görə 30 min rial ödənməlidir.

Buna qədər sürücülər ayda 250 litrə qədər benzini 10 000 riala ala bilirdilər.


Rəsmi Tehran bəyan edir ki, bu bahalaşma və məhdudiyyətlər 60 milyon vətəndaşa maaşların, təqaüdlərin və s.-nin ödənilməsi üçündür.

Real səbəb isə ABŞ-ın İrana qarşı tətbiq etdiyi, ölkə iqtisadiyyatını çökdürən sanksiyalardır.

Hakimiyyət ABŞ sanksiyalarının təsirini məhdudlaşdırmaq üçün benzinin qiymətinə qoyulmuş ağır subsidiyaları azaldıb. ABŞ sanksiyaları İran iqtisadiyyatına mənfi təsir göstərib.

ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından çıxması nəticəsində İran neft ixracı ilə bağlı güclü sanksiyalara məruz qalıb.


İRNA dövlət xəbər agentliyinin yaydığı xəbər görə, cümə gününün axşamı İranın Sircan şəhərində "etirazçılar yanacaq anbarına hücum edib və onu yandırmağa çalışıblar".

Etirazların Məşhəd, Bircand, Əhvaz, Qaçsaran, Abadan, Xoramşəhr, Məhşəhr, Şiraz, Bəndər Abbas və digər şəhərlərini əhat etdiyini xəbər verilir.

İran dünyada benzin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir.

İran həmçinin dünyanın ən böyük neft ixracatçılarındandır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15