Arxiv
18 Noyabr 2019, 16:40 | HADİSƏ
Alman polisinin saxladığı Əlövsət Əliyevdən xəbər var

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı bildirib.

 

O, qeyd edib ki, atasının hüquqlarını iki vəkil müdafiə edir:

 

“Onlardan biri dövlət tərəfindən tutulub, digəri isə atamın tanıdığı hüquqşünas  Erich Althammerdir. Bu gün axşam saatlarında vəkil yenidən atamla görüşəcək”.

 

T.Rüstəmxanlının sözlərinə görə, vəkillə ilk görüşündə saxlanma məntəqəsində olan Əlövsət Əliyev qanunazidd əməl törətmədiyini deyib:

 

“Atam çərşənbə günü Berlinə gedərkən saxlanılıb. Onun saxlanma səbəbi və ona qarşı ittihamlar barədə isə məlumat yoxdur. Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib. Amma irəli sürülən ittiham aktı bizə məlum deyil. Prokurorluq ittiham aktını yaymayıb. Bütün araşdırmalara ittiham aktı ilə tanış olduqdan sonra başlanacaq. Biz ttiham aktı ilə tanış olmadan heç bir söz deyə bilmərik. Çünki ona qarşı hansı ittihamlar irəli sürüldüyünü bilmirik. İki gün sonra ittiham aktı ilə tanış olduqdan sonra mətbuata geniş açıqlama veriləcək. Bizdə olan məlumatda yalnız göstərilib ki, Əlövsət Əliyev saxlanılsın və iş yerində araşdırma aparılsın. Hələlik başqa bir şey yoxdur”.

 

Sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında qardaşı Əlövsət Əliyevlə bağlı son məlumatları vəkildən gözlədiklərini açıqlayıb:

 

“Vəkili bu gün Əlövsətlə görüşməlidir. Görüşdən sonra yəqin ki, bəzi məqamlar aydınlaşacaq”.

 

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların arasında azərbaycanlı Əlövsət Əliyev də var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib 2 İyul 2020, 09:54 Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:45 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46 Sosial şəbəkə ilə bağlı mövqe siyasilər arasında qarşıdurma yaratdı 2 İyul 2020, 00:33 Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi - FOTO 2 İyul 2020, 00:22 Azərbaycanda Polis günü qeyd olunur 2 İyul 2020, 00:12 Əri ilə mübahisə edən qadın özünü 5-ci mərtəbədən atdı 1 İyul 2020, 23:54 Çempionlar Liqasının təqvimi AÇIQLANDI 1 İyul 2020, 23:41 Koronavirusun xroniki mərhələyə keçmə ehtimalı var 1 İyul 2020, 23:24 Rusiyada ümumxalq səsverməsi başa çatıb 1 İyul 2020, 23:07 Şirvanda küçədə kişi meyiti tapıldı 1 İyul 2020, 22:55 Bu ölkədə iki həftəlik karantin tətbiq edilir 1 İyul 2020, 22:41 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 1 İyul 2020, 22:25 Deputat Masallıdakı içməli su problemini "Azərsu" sədrinə bildirdi 1 İyul 2020, 22:11 Qarabağ ermənisi azərbaycanlı deputatdan KÖMƏK İSTƏDİ 1 İyul 2020, 22:01 Türkiyədə COVİD-19-a yoluxanların sayı 200 mini ötdü 1 İyul 2020, 21:53 İlqar Məmmədov Ədalət Vəliyevlə görüşdü: REAL onlayn qurultay keçirəcək 1 İyul 2020, 21:36 Yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanıldı 1 İyul 2020, 21:23 Ermənistandan Qarabağa gedən əsas yol 4 aylıq BAĞLANDI 1 İyul 2020, 21:14