Arxiv
19 Noyabr 2019, 16:24 | AKTUAL
“Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri

"Mən Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm. Hər şeyi dövlətin üzərnə atmaq olmaz”

 

Modern.az xəbər verir ki, bu fikirləri Mili Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil,  Ailə, qadın və Uşaq məsələləri, Mədəniyyət və Səhiyyə komitələrinin “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşu ilə bağlı keçirilən birgə iclasında deyib.

 

Deputat əlavə edib ki, “Aliment Fondunun yaradılması mexanizmi yeni bir təşkilatın yaradılması deməkdir. Yeni təşkilatın yaradılması üçün isə dövlət həm Fondun yardılması və saxlanılması xərclərini həm də alımentlərin ödənilməsi üçün vəsait ayırmalıdır. Düşünürəm ki, bu vəsait də az məbləğ olmayacaqdır. Bəs yaxşı, əgər dövlət aliment ödəmiyən şəxsin əvəzinə aliment ödəyəcəksə sonradan hansı inzibatı mexanizmlə o pulları geri qaytaracaq? Bu adam öz övladı üçün pul ödəmirsə dövlətə borclarını necə ödəyəcək? Əgər Aliment Fondu yaratmaqla həmin şəxsin dövlətə borcu ödəmək mexanizmi də olacaqsa elə indiki halda da aliment ödəməyi məcbur etmək olar. Bunun üçün sadəcə alimentlərlə bağlı  məhkəmə qərarlarının icrası və həmin şəxslərə qarşı icra mexanizmi sərtləşdirilməlidir. Başa düşürəm, bəzi Avropa ölkələrində, Məsələn, Macarıstanda, Almaniyada, Fransada belə fondlar var. Ancaq  orda evlilik də, ailə dəyərləri də, dövlət və ailə qarşısında məsuliyyət də bizdəki ilə eyni deyil. Bunları nəzərə almaq lazımdır. Məsələn, təəssüflər olsun ki, bizdə aliment ödəyən şəxs lyuks şəraitdə yaşayır ancaq adına heç bir əmlak rəsmiləşməyib. Yaxud işləyir, ancaq əmək müqaviləsi olmadığından işsiz sayılır. Axı Avropada bu cür problemlər demək olar ki, yoxdur. Digər bir tərəfdən, inanın ki, Aliment Fondunun yaradılmasını biləndən sonra əvvəlcədən razılığa gəlib saxta boşananların sayının artması ehtimalları da az olmayacaq. Ona görə də ilk növbədə bu cür problemləri aradan qaldırmağın yollarını axtarmalıyıq, nəinki dövləti əlavə xərcə salmağı.”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı 16 Dekabr 2019, 00:36 344 region sakini pulsuz hüquqi yardım alıb 16 Dekabr 2019, 00:06 Goranboyda məktəbli yol qəzasının qurbanı oldu 15 Dekabr 2019, 23:46 Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır 15 Dekabr 2019, 23:20 Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi 15 Dekabr 2019, 23:01 Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46