Arxiv
20 Noyabr 2019, 10:10 | AKTUAL
Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU-nun rektoru Kamal Abdullayevin təşəbbüsü ilə həyata keçirilən Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümünə həsr olunmuş Azərbaycan-Çin esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub.  Müsabiqədə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin tarixinə və strateji prioritetlərinə, XXI əsrdə Böyük İpək Yolunun bərpasına, müasir dünyada Azərbaycan və Çinin humanitar missiyasına həsr olunmuş esselər təqdim olunub.

 

Ümumilikdə, müxtəlif nominasiyalarda Azərbaycanın müxtəlif regionlarından dörd esse müəllifi mükafatlandırılıb. Şəki şəhər 18 saylı orta məktəbin şagirdi Sabir Nurullayevin «Yolların yaxın etdiyi uzaqlar» ,  Ağstafa rayon 2 saylı orta məktəbin şagirdi Nərmin Paşayevanın «Böyük məsafələr, böyük yaxınlıqlar» , Neftçala rayon Aşağı Qaramanlı kəndi orta məktəbin şagirdi Xədicə Əliyevanın «Ulu öndər Heydər Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafında rolu», Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin tələbəsi Zeynəb Əlizadənin «Azərbaycan Çin əlaqələri» adlı esseləri mükafatlara layiq görülüb.

 

Müsabiqənin laureatlarına, münsiflər heyətinin sədri, ADU rektorunun İctimai məsələlər üzrə müşaviri, Sərraf Hüseynov ADU Konfutsi İnstitutunun Çin dili kurslarına pulsuz təhsil almaq  sertifikatı da daxil olmaqla fəxri fərman və mükafatlar təqdim edib. Mükafatlandırma mərasimində iştirak edən Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov qalibləri təbrik edərək, bu cür müsabiqələrin keçirilməsinin təhsil sahəsində əlaqələrin gücləndirilməsinə böyük töhfələr verəcəyini bildirib.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov müsabiqənin qaliblərinə ADU-nun Konfutsi İnstitutunun Azərbaycan və Çin dilində hazırladığı, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitablar hədiyyə edib. R. Abbasov qeyd edib ki, son illər Azərbaycan ilə Çin arasında, tarixən Böyük İpək yolu ilə bağlı olan iki ölkə arasında humanitar sahədə əməkdaşlıq yeni inkişafa təkan verir. Bu, ilk növbədə, Çin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır.

 

R.Abbasov həmçinin 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini xatırladaraq, bu səfər zamanı ÇXR-in Sədri Si Cinpinlə birgə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın gələcək inkişafı üçün möhkəm bünövrə qoyan “İpək Yolu İqtisadi Kəməri” nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalandığını qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40 QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir 5 Dekabr 2019, 16:30 Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər 5 Dekabr 2019, 16:28 Polis bu meyitin yaxınlarını axtarır - FOTO 5 Dekabr 2019, 16:26 “Tural Gəncəliyevə dedik ki, arxanda biz dayanmışıq, heç nədən çəkinmə!” - DEPUTAT 5 Dekabr 2019, 16:18 Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC 5 Dekabr 2019, 16:18 AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində iclas keçirilib 5 Dekabr 2019, 16:07 Şenol Günəş Bakıya gəldi 5 Dekabr 2019, 15:53 Bakıda 85 min manatlıq domofon avadanlığı oğurlayanlar tutuldu 5 Dekabr 2019, 15:48 Ceyhun Bayramov müsabiqə ƏMRİ verdi 5 Dekabr 2019, 15:43 Ağdaşda 37 yaşlı kişi su kanalına düşdü 5 Dekabr 2019, 15:38 Eks-nazir: “Əgər partiyamız məsləhət bilsə ki, yeni parlamentdə fayda verə bilərəm...” - MÜSAHİBƏ 5 Dekabr 2019, 15:33 Bakıda 2, regionlarda 1 "ASAN xidmət" mərkəzi açılacaq 5 Dekabr 2019, 15:27 Orta məktəb müəllimi dünya çempionu oldu - FOTO 5 Dekabr 2019, 15:23
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?