Modern.az

Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO

Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO

21 Noyabr 2019, 10:25

Bakının Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu sərnişin avtobusu ilə toqquşub.

 

Səhiyyə Nazirliyindən (SN) Modern.az-a verilən məlumata görə, hadisə barədə təcili tibbi yardıma çağırış saat 07:32-də daxil olub:

 

“İlkın məlumata görə, 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı 4 kişi, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Klinik Tibbi Mərkəzə çatdırılıblar . 17 yaşlı oğlana yerində yardım edilib”.

 

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev də Modern.az-a məlumat verib. Onun sözlərinə görə, qəza 07:00 radələrində Qaradağ rayonunda qeydə alınıb.

 

""Mercedes" markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub. 149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə hadisə “Mercedes” markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...