Modern.az

Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB

Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB

Parlament

22 Noyabr 2019, 13:49

Milli Məclisin növbəti plenar iclası noyabrın 26-na təyin olunsa da, sonradan vaxt dəyişdirilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, növbəti plenar iclas noyabrın 25-də keçiriliəcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, iclasın vaxtının dəyişdirilməsinə səbəb var.

Belə ki, noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi təntənəli şəkildə qeyd olunacaq.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirin rəsmi hissəsi  saat 11:00-da Bakı Konqres Mərkəzində keçiriləcək.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş ziyafət isə Heydər Əliyev Mərkəzində axşam saat 18:00-da baş tutacaq.

100 illiklə bağlı rəsmi və ziyafət tədbirlərinə Milli Məclisin deputatları da dəvətlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!