Modern.az

“TANAP olmasaydı, Azərbaycan qazı Avropaya 10 il sonra gedə biləcəkdi”

“TANAP olmasaydı, Azərbaycan qazı Avropaya 10 il sonra gedə biləcəkdi”

İqtisadiyyat

30 Noyabr 2019, 15:47

Bu gün Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) ikinci hissəsinin açılış mərasimi olacaq. Mərasim Türkiyənin Ədirnə şəhərində reallaşacaq. Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edəcək.

 

Maraqlıdır, Trans Anadolu Təbii Qaz Boru Kəmərinin açılışı Azərbaycan üçün nə vəd edir? Qaz ixracatında bu layihənin əhəmiyyəti nədən ibarətdir?

Məsələ ilə bağlı Modern.az-a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban TANAP layihəsinin olmayacağı halda Azərbaycan qazının Avropaya 10 il sonra gedə biləcəyini vurğulayıb.

 

“TANAP-ın  bu gün istismara verilməsi Azərbaycan üçün çox əhəmiyyətlidir. Yəni bununla TANAP Türkiyə-Gürcüstan hisssəsindən Türkiyənin Yunanıstana qədər olan hissəsi yəni,1850 kilometrlik boru xətti itismara qəbul edilmiş vəziyyətət gətirilir. Bu o deməkdir ki, Azərbaycanın qazı böyük bazarlara, Avropa bazarına axa bilər. Baxmayaraq ki, bu mərasim ayın 30-da keçirilir, noyabrın 25-dən artıq Azərbaycan qazının ilk həcmi Trans-Adriatik Boru Kəmərinə (TAP ) vurulmağa başlayıb.TAP konsorsiumunun yaydığı məlumata görə ilk sınaq işlərində məhz Şahdənizdən gələn qaz istifadə edilir. Ona görə də bugünki mərasim Azərbaycanın qaz tarixində yeni bir səhifədir. O səhifə ki, Azərbaycanın 2020-ci ildə böyük qaz ehtiyatının Avropa bazarda satılmasının əsasını qoyan bir hadisədir. TANAP olmasaydı Azərbaycan qazı Avropaya bəlkə də bir 10 il sonra gedə biləcəkdi. Azərbaycan da  qaz gəlirlərini Şahdəniz-2 layihəsi çərçivəsində 2018-ci idlən qazanmağa başlaya bilməyəcəkdi. Azərbaycan 2007-ci ildən qaz ixracatçısına çevrilmişdi lakin bu kiçik həcmdə idi. Bu layihə Azərbaycanın dünya bazarlarına böyük həcmlərdə qaz çıxarmasının əsasını qoyur və Şahdəniz-2 layihəsindən sonrakı layihələrə yol açan bir magistraldır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır