Modern.az

Paytaxtda 200 manatlıq saxta əskinas götürüldü

Paytaxtda 200 manatlıq saxta əskinas götürüldü

Aktual

2 Dekabr 2019, 20:21

Azərbaycanda ən böyük əskinas nominalı olan 200 manatlığın təzəlikcə dövriyəyə buraxılmasına baxmayaraq, dələduzlar artıq onu saxtalaşdırmağa cəhd ediblər.

 

Modern.az xəbər verir ki,  Bakının Binəqədi rayonunda saxta əskinasla bağlı ikinci hadisə qeydə alınıb.

Binəqədi rayonunun 4-cü Polis Bölməsinə 1993-cü il təvəllüdlü Əsəd Cəfərli müraciət edib.

Gəncin sözlərinə görə, o, Binəqədi şossesində mağazada satıcı işləyir. Ə.Cəfərli bildirib ki, naməlum alıcı onunla 200 manatlıq əskinas vasitəsilə hesablaşıb. Pulun saxta olduğunu satıcı sonradan, əskinasa diqqət edəndə anlayıb. Bu müddətdə həmin şəxs aradan çıxıb. Faktla bağlı istintaqa başlanılıb. Əməliyyatçılar dələduzun kimliyini müəyyənləşdirməyə çalışırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü