Arxiv
3 Dekabr 2019, 13:01 | TƏHSİL
“Bu məsələ bizi ciddi düşündürməlidir” - NAZİR

"Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin prioritet istiqamətləri artıq müəyyən edilib. Siyahıda təbiət, kənd təsərrüfatı, səhiyyə və rifah, iqtisadiyyat və idarəetmə, humanitar və sosial istiqamətlər yer alıb". 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib:

 

Onun sözlərinə görə, 2020-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə elan artıq verilib. Nazir bildirib ki, 2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində də bu komponent nəzərə alınıb, 1538 nəfər magistratura, 575 nəfər rezidentura, 173 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb: 

 

"Bu da bütün Proqram təqaüdçülərinin 64%-ni təşkil edib. Əminəm ki, dünyanın aparıcı universitetlərində təhsil alan həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhfələr verəcəklər".

 

Nazir qeyd edib ki, 2018-ci ildə Azərbaycanda fəlsəfə doktoru və elmlər doktorlarının hazırlanmasını həyata keçirən müəssisələrin sayı müvafiq olaraq 119 və 89 olub: 

 

"Hazırda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2626 nəfər təhsil alır. Fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların isə 51 faizi ali məktəblərin payına düşür. 2018-ci ildə fəlsəfə doktoru proqramlarına 665, elmlər doktoru proqramlarına 165 nəfər qəbul olunub. Həmin ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı müvafiq olaraq 605 və 87 nəfər olub. Təəssüf doğuran odur ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 16 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə 14 faizi dissertasiya müdafiə edə bilib. Bu məsələ bizi ciddi düşündürməlidir. Hesab edirik ki, son zamanlar qəbul olunan mühüm qərarlar bu sahədə ciddi irəliləyişin yaranmasına imkan verəcək".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni nağıl qəhrəmanı yaradın! - Müsabiqə 12 Avqust 2020, 16:57 “Apple”in rəhbəri milyarder oldu 12 Avqust 2020, 16:50 İlham Zəkiyev sədr seçildi 12 Avqust 2020, 16:45 İlham Əliyev taksi sürdü - VİDEO 12 Avqust 2020, 16:39 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artır - daha 2 nəfər öldü 12 Avqust 2020, 16:33 Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb 12 Avqust 2020, 16:27 Diaspor hərəkatının dönüş nöqtəsi - 1-ci hissə 12 Avqust 2020, 16:22 Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:17 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30 Dövlət sahibkarlara 250 manat ödənişinə BAŞLADI 12 Avqust 2020, 14:24 “WhatsApp”da yeni funksiya tətbiq olunacaq 12 Avqust 2020, 14:18 Binəqədidə soyğunçuluq edənlər saxlanıldı 12 Avqust 2020, 14:12 Prezidentin köməkçisi:  “Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” 12 Avqust 2020, 14:06 Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır 12 Avqust 2020, 14:00 Azərbaycanda koronaviruslu xəstə evi tərk etdi - xəstəxanaya yerləşdirildi  12 Avqust 2020, 13:54