Modern.az

Tramp Makronun sözlərini “təhqiramiz” adlandırdı

Tramp Makronun sözlərini “təhqiramiz” adlandırdı

3 Dekabr 2019, 14:40

“Makronun NATO-da “beyin ölümü” olması barədə açıqlaması təhqiramizdir. O, alyansa üzv 28 ölkəni bununla təhqir edib”.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı deyib.

 

“NATO ali məqsədlərə xidmət edir. NATO ciddilik göstərdiyi üçün bu təşkilatın fanatıyam”-deyə o, açıqlama verib.

Fransa prezidenti Emmanuel Makron NATO-nun ciddi “beyin ölümü” yaşadığını açıqlamışdı.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?