Arxiv
5 Dekabr 2019, 14:27 | TƏHSİL
Magistratura imtahanlarının II mərhələsinin ləğvi təklif olundu - Etiraz doğurdu

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvi təklifinə münasibət bildirib.

M.Abbaszadə jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillərin aparıldığını və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların bir mərhələli keçirilməsinin müzakirə olduğunu deyib.

O bildirib ki, təkliflər aidiyyəti qurumlara göndərilib:

 "Hələlik qaydalar Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən təsdiqlənməyib. Müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq. Bu, yazı işi tələb olunan ixtisaslara aiddir. Daha dəqiq məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür".


Modern.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov magistratura üçün keçirilən qəbul imtahanlarının ikinci pilləsinin ləğvini birmənalı qarşılamır.

 

O, “bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələnin ləğv olunmasını təklif edənin təhsildən anlayışı yoxdur, o şəxs, qurum təhsildən 100 işıq ili uzaqdır” fikirlərini bildirib.

 

“Bildiyiniz kimi, magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
İndi təklif edilib ki, ikinci mərhələ, yəni bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələ ləğv olunsun. Bilmirəm bunu kim, hansı qurum təklif edib, amma onu dəqiq deyə bilərəm ki, bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələnin ləğv olunmasını təklif edənin təhsildən anlayışı yoxdur, o şəxs, qurum təhsildən 100 işıq ili uzaqdır.
Siz deyəsən magistraturanın məqsədini ya bilmirsiz? Magistr ixtisas dərəcəsidir, ilkin ixtisas üzrə elmi dərəcədir. Magistratura ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Amma siz bu mərhələ üçün ixtisas imtahanının ləğv edirsiz. Onsuz da universitetlərdə ixtisaslar zəif tədris olunur. Bakalavrlar magistr imtahanı üçün sonda ixtisas fənlərini oxuyub bir az məlumatlı olurlar. Siz bunu təklif etməklə, ümumiyyətlə ixtisaslı kadrların kökünü kəsəcəksiniz”.

 

Kamran Əsədov qeyd edib ki, birinci mərhələ ilə magistr seçmək gülüncdür, lazımsızdır.

 

“Məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsini yoxlamaqla magistr seçərlər? Magistr imtahanının birinci mərhələsi kurslara, repitetorlara xidmət edir. İxtisasını bilməyən bakalavrın magistraturada nə işi var?
Məntiqdən ona görə imtahan olmamalıdır ki, hal hazırda imtahanda istifadə olunan məntiq test tapşırığı bakalavrların məntiqi düşüncəsini yox, riyazi biliyinini yoxlayır.
Riyaziyyat üzrə magistr imtahanı verən ilə, tarix üzrə magistr imtahanı verənə eyni məntiq test tapşırığı təqdim etmək yanlışdır. İnformatika sualalrı isə proqramist səviyyəsindədir.
Təklif edirəm ki, magistr imthanı bir mərhələli olsun və bakalavrlar yalnız ixtisas və xarici dildən imtahan versinlər.
Ümid edirəm ki, Nazirlər Kabineti yuxarıda dəyişiklik üçün təklif olunan absurd ideyanı qəbul etməyəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Apple”in rəhbəri milyarder oldu 12 Avqust 2020, 16:50 İlham Zəkiyev sədr seçildi 12 Avqust 2020, 16:45 İlham Əliyev taksi sürdü - VİDEO 12 Avqust 2020, 16:39 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artır - daha 2 nəfər öldü 12 Avqust 2020, 16:33 Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb 12 Avqust 2020, 16:27 Diaspor hərəkatının dönüş nöqtəsi - 1-ci hissə 12 Avqust 2020, 16:22 Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:17 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30 Dövlət sahibkarlara 250 manat ödənişinə BAŞLADI 12 Avqust 2020, 14:24 “WhatsApp”da yeni funksiya tətbiq olunacaq 12 Avqust 2020, 14:18 Binəqədidə soyğunçuluq edənlər saxlanıldı 12 Avqust 2020, 14:12 Prezidentin köməkçisi:  “Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” 12 Avqust 2020, 14:06 Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır 12 Avqust 2020, 14:00 Azərbaycanda koronaviruslu xəstə evi tərk etdi - xəstəxanaya yerləşdirildi  12 Avqust 2020, 13:54 Mədəniyyət nazirinə müşavir təyin olundu 12 Avqust 2020, 13:48