Modern.az

Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi

Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi

5 Dekabr 2019, 19:31

Bu gün "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Goranboy rayon İcra Hakimiyyətində gənclərlə göruş keçirildi.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev əvvəlcə könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gəncləri səmimi  qəlbdən təbrik etdi, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzuladı.

 

Ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açan rayon rəhbəri Dövlət Başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini bildirdi.

 

Qeyd etdi ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq,  yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək böyük əhəmiyyət kəsb edir və bu gənclərə geniş imkanlar yaradır.

 

Könüllülərdən Məmmədov İlkin, Rüstəmova Ülviyyə, Əlizadə Ülviyyə və Əlibəyli Elçin çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

 

 

Sonra könüllü fəaliyyətini uğurla başa vuran 7 fəal gəncə Şəhadətnamələr təqdim olundu və sonda xatirə şəkli çəkdirildi.

 

Daha sonra könüllülər Heydər Əliyev Mərkəzinə, Dövlət Bayrağı  və Rayon Tarix Diyarşunaslıq Muzeylərinə ekskursiya etdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi