Modern.az

Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı

Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı

5 Dekabr 2019, 21:29

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin arxa və ön oturacaqlarının altından 3000 ədəd "King" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi