Modern.az

10 ildən sonra yenidən dünya çempionu oldu

10 ildən sonra yenidən dünya çempionu oldu

7 Dekabr 2019, 17:29

Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev 10 ildən sonra 3 qat dünya çempionu adını qazanıb.

 

Azərbaycan Ağır Atletika Federasiyasından Modern.az-a verilən məlumata görə, buna səbəb 2009-cu ildə Cənubi Koreyada keçirilən mundialın qalibi Vladimir Sedovun dopinqə yaxalanmasıdır. 

 

2008-ci ildə Pekin Yay Olimpiya oyunlarında ondan testin yenidən analizi zamanı müsbət nəticənin ortaya çıxmasıdır. 

 

Buna görə də Sedovun 2016-cı ilə qədərki bütün nəticələri ləğv edilib.  Bununla da Paşayev 3-cü dəfə dünya çempionu olub.  Nizami Paşayev belə nəticə ilə ağırlıqqaldırma tarixində rekorda imza atıb. 
Qeyd edək ki, Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi