Modern.az

Azərbaycan Kommunist Partiyasında QALMAQAL? - Sədr: “Bu bir oyundur”

Azərbaycan Kommunist Partiyasında QALMAQAL? - Sədr: “Bu bir oyundur”

Aktual

9 Dekabr 2019, 12:44

 “Qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlaşırıq, heç bir mübahisəli məsələ yoxdur”.

Bunu Azərbaycan Kommunist Partiyasında (AKP) konfliktin olması ilə bağlı gəzən söz-söhbətə cavab olaraq  partiya sədri Rauf Qurbanov Modern.az-a açıqlamasında bildirib. O, partiyada mübahisəli məqamların olması ilə bağlı xəbərin seçkilər öncəsi tətbiq edilən bir oyun olduğunu vurğulayıb:

“Partiyada vəziyyət sabitdir, heç bir söz-söhbət yoxdur. Ciddi şəkildə bələdiyyə seçkilərinə hazırlaşırıq, ölkənin müəyyən şəhər və rayonları üzrə namizədliyimizi irəli sürmüşük. O cümlədən növbədənkənar keçiriləcək parlament seçkilərinə də hazırlaşırıq. Bu yaxınlarda partiyanın pleniumu da keçiriləcək. Siyasi partiya olaraq respublikadakı bütün ictimai-siyasi kampaniyalarda iştirak etmişik. Düşünürəm ki, partiyamızda bələdiyyə üzvlüyünə namizəd olan şəxslər apardıqları təbliğata uyğun mandat əldə edə biləcəklər. Partiyada konfliktin olması barədə məlumatlar bizi istəməyən qüvvələr tərəfindən seçki öncəsi tətbiq edilən bir oyundur. Bu xəbər tamamilə yalandır, işlərimiz yolundadır, demək olar ki,bütün üzvlərimizlə ailə kimiyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir